Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


19.12.2017  14:23 

Bu il dünyada 65 jurnalist öldürülüb





A+  A-

Bu il dünyada 65 peşəkar jurnalist, vətəndaş jurnalisti və media işçisi öldürülüb ki, bu da ötən ildəkindən 18 faiz azdır.
XəzərNews.az “Azadlıq” radiosuna istinadla bildirir ki, bu haqda Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) məlumat verib.

Onlardan 50-si peşəkar jurnalistdir və bu, 14 ildə ən aşağı göstəricidir. Parisdə mənzillənən RSF bu hesabatı dekabrın 19-da açıqlayıb.

Qurum sayın azalmasını jurnalistlərin müharibə zonalarında daha yaxşı təlim görməsi və qorunmasıyla izah edir.

Bu azalma həm də jurnalistlərin “çox təhlükəli ölkələrdən çıxması”, yaxud “daha təhlükəsiz peşə seçməsiylə” bağlıdır.


Öldürülən 65 jurnalistin 39-u qətlə yetirilib və qəsdən hədəfə alınıb, digərləri hava zərbəsi, artilleriya bombardmanı, yaxud intiharçı hücumların qurbanına çevrilib.

Müharibə gedən Suriya hələ də jurnalistlər üçün ən təhlükəli ölkə sayılır, bu il orada 12 jurnalist qətlə yetirilib. Qonşu İraqda isə səkkiz jurnalist öldürülüb.

Bu il qeyri-müharibə ölkələrində ən çox jurnalist Meksikada öldürülüb – 11 nəfər. RSF bildirir ki, bu ölkədə siyasi korrupsiya və mütəşəkkil cinayətkarlıqdan yazanlar “sistematik hədəfə alınır, hədələnir, yaxud güllələnir”.

Əfqanıstanda isə üç ayrı-ayrı hücumda 2 peşəkar jurnalist və 7 media işçisi öldürülüb.

RSF qeyd edir ki, dekabrın 1-dək bütün dünyada 326 peşəkar jurnalist, vətəndaş jurnalisti və media işçisi xəbər və informasiya verdiyinə görə saxlanıb. Bu, 2016-cı ildəkindən azdır, ötən il 348 jurnalist saxlanmışdı.

Qurum Çin hökumətinin jurnalistləri və bloqqerləri təqib etməkdən ötrü tədbirləri gücləndirdiyini bildirir.

Ancaq Türkiyə peşəkar jurnalistlərin ən böyük həbsxanası sayılır, burada 42 jurnalist və bir media işçisi dəmir barmaqlıqlar arasındadır.

Suriya və İraq da jurnalistləri həbsdə saxlayan digər ölkələr sırasındadır, uyğun olaraq 24 və 23 jurnalist həbsdədir.

Ötən həftə Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bu il həbsə atılmış jurnalistlərin sayının rekord vurduğunu açıqlamışdı. Qurum işinə görə 262 nəfərin həbsdə olduğunu bildirirdi.

Xəbər 3207 dəfə oxunub.



01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +