“Pis hazırlaşmamışıq, futbolçularıma inanıram“ -Qurbanov
Gürcüstandan Azərbaycana yük dövriyyəsi neçə faiz azalıb?
Ramiz Mehdiyevin Qəbələdəki villası -VİDEO
50 yaşlı kişi 17 yeniyetmə qızı qaçırdı
Sabahdan bu yollar bağlanır - Xəbərdarlıq!
Mikayıl Cabbarov: Vergi güzəşti dayandırılır
“Lukoyl” neft emalı zavodu vurulub - Video
Nazirlər MM-də büdcə müzakirələrində
Azər İsmayılov saxlanılıb... - 50-dən çox şəxsi aldadıb
AzTV-də üzə çıxan nöqsanlar...


29.10.2025  17:39 

Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...





A+  A-

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə bağlı, demək olar, hər gün yeni məlumatlar yayılır. Onun həbsi qaranlıq quyuya sanki gur işıq saldı. İş adamı kimi kamuflyaj olunmuş bu neft qaçaqmalçısının (ifadəni əsaslandırmaq üçün kifayət qədər məlumat var, yazıda da buna toxunacağıq – müəllif.) həbsindən sonra böyük sirləri bir-bir açılır.

XəzərNews.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu istiqamətdə növbəti mötəbər məlumatlar daxil olub.

Bir müddət öncə “SOCAR Romania”nın rumın bazarındakı əsas enerji şirkətlərindən birinin baş direktoru Ramil Əsədullazadə ilə bağlı qalmaqal haqda məlumat yayıldı. Bu ilin sentyabr ayının əvvəlində R.Əsədullazadə qəfildən medianın əsas gündəminə çevrildi. Azərbaycanda nəinki sıravi insanlar, jurnalistlər tərəfindən belə yaxşı tanınmayan bu şəxs mənfi qəhrəman kimi cəmiyyətə təqdim edildi. Onun həmin şirkətin kadrlarla iş üzrə direktoru Bibiana Konstantinlə gizli münasibətdə olması ilə bağlı xəbərlər paylaşıldı. Saytlar bunu flaş xəbər kimi dərc etdi. Amma sən demə, işin arxasında qara plan və PR varmış.

Saytımızın əldə etdiyi məlumatda detallar açıqlanır. Bildirilir ki, bu planın arxasında Adnan Əhmədzadə dayanıb. Qeyd edilir ki, Ramil Əsədullazadə barəsində bu kompromat materialın hazırlanmasını A.Əhmədzadə sifariş edib. Məqsəd R.Əsədullazadəni susdurmaq olub. Bildirilir ki, bu işlərdən öncədən onun da xəbəri olub.

Xatırladaq ki, Adnan Əhmədzadənin Azərbaycan neftinin tərkibinə başqa qarışıqlar qatması səbəbindən Rumıniyadakı neft emalı zavodlarının külli miqdarda zərərə uğradığına dair məlumat yayılıb. Mənbənin məlumatına görə, A.Əhmədzadə bu məsələnin məsuliyyətini “SOCAR Romania”nın baş direktoru Ramil Əsədullazadənin üzərinə qoymaq məqsədi güdüb. Bu səbəbdən də onu belə şantaja məruz qoyub, susmağa vadar edib.

Diqqətçəkən əsas məqamlardan biri də budur ki, xəbər Rumıniyanın aşağı reytinqli saytında – “Cancan” nəşrində dərc olunub. Bundan az sonra Azərbaycanın rusdilli saytlarında manşet olub. İddia olunur ki, burada koordinasiyalı iş var…

Adnan Əhmədzadə ilə bağlı sensasion iddialardan biri isə budur ki, o, uzun illər Rumıniyadan Aİ-95 markalı benzini Azərbaycana gətirib, onu Aİ-98 markası kimi satışa çıxarıb. Bununla da istehlakçılara və dövlətə böyük ziyan vurub.

Xatırladaq ki, Adnan Əhmədzadə haqda ötən gün daha bir şok məlumat yayılıb. Bildirilib ki, iş adamı Dubayda hərəmxana saxlayırmış.

Xəbər 328 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib

04.11.2025  10:49 

Daha bir çörək sexi bağlandı

04.11.2025  10:02 

Azərbaycan nefti cüzi bahalaşıb

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır


BÜTÜN XƏBƏRLƏR +