Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


13.02.2019  10:56 

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
XəzərNews.az xəbər verir ki, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 456, BB qrupu üzrə 1422, ümumilikdə isə 1878 namizəd qeydiyyatdan keçib.Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Xəbər 3110 dəfə oxunub.



27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +