Özəl sektorda çalışanlar vergi verəcək? - RƏSMİ
Çin Putinə xəbərdarlıq edib?
Bu ərazilərdə söküntü işləri aparılacaq
Prezident Viktor Orbana təbrik məktubu ünvanlayıb
Dövlət sərhədini pozanlar saxlanıldı -FOTOLAR
Mikayıl Cabbarov müvafiq qərar imzalayıb
Yük maşını mikroavtobusla toqquşub...-Çox sayda ölən var -VİDEO
Rusiya Kiyevi raketlə vurdu -FOTOLAR
Ermənistana gedən azərbaycanlılar nədən danışıb? - FOTO
NATO-dakı səfirlər Azərbaycana gələcək?


16.10.2018  12:19 

Sürüşmə ilə bağlı qorxunc açıqlama - Badamdar niyə çökdü?





A+  A-

"Badamdar ərazisindəki sürüşmənin arealının genişlənmə ehtimalı var".
XəzərNews.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri Əvəz Salamov bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə sürüşmə davam edir: "Orada sürüşmə yeni hadisə deyil. Biz 2015-ci ildə elmi iş məqsədilə ərazidə tədqiqat aparmışdıq. Şərq qanadında üç dəfə qədim sürüşmənin baş verdiyini müəyyən etmişdik. Deyilən ərazidə sürüşmənin olması gözlənilən idi. Ərazidə yağıntıların miqdarı artan kimi sürüşmə prosesinin inkişafı sürətlənib.

Evlər tikilib və heç bir kanalizasiya sistemi yoxdur. Həmin ərazidə ev tikmək olmazdı. Çünki üst hissə əhəng daşı, aşağı isə gilli qumdur. Əhəng daşı yağış sularını özündə toplayır və gil qatı ilə suyu yamac boyu aşağıya doğru tökür. Bu da sürüşməni aktivləşdirir”.

Mütəxəssis bildirib ki, həmin ərazidə ev tikən insanlar sürüşmə zamanı evlərini qorumaq üçün dayaq divarları tiksələr də, bu, yanlış addımdır: "Əksinə, həmin divarlar sürüşməni sürətləndirir. Ərazinin daha çox sürüşməsi ehtimalı çoxdur. Böyük bir ərazidə evlər tikilib. Sürüşmənin ölçüsü heç vaxt kiçilmir. Həmişə böyümə istiqamətdə inkişaf edir. Burada sürüşmə ərazisi daha çox böyüyəcək. Bu cür yerlərdə ancaq bağ salmaq, ağac əkmək olar. Tikinti əsla olmaz. Zığ qəsəbəsində də sürüşməyə meyilli ərazilər var. Həmin yerlər insanlara satıldı və ev tikildi. İndi onların da əksəriyyətinin evi uçub”.

Əvəz Salamov qeyd edib ki, sürüşmənin qarşısını almaq üçün araşdırma aparılmalıdır: "Azərbaycanda sürüşmə zonaları həddən artıq çoxdur. Bir hissəsi təbii proseslərdən baş versə də, bir hissəsini insanlar edir. Biz üç il əvvəl ərazidə tədqiqat aparan zaman Fövqəladə Hallar Nazirliyi ərazidə xəndəklər qazmışdı. Onun içi su ilə dolu idi və yamacın özündən su tökülürdü. Xəndək su ilə dolmamalı idi. Demək, su oraya insanlar tərəfindən tökülüb, amma onu təmizləmək düşünülməyib”.

50 ilə yaxındır Azərbaycandakı bəzi universitetlərdə mühəndis-geoloq hazırlandığını deyən mütəxəssis bildirib ki, ərazidə araşdırma aparmaq üçün həmin geoloqları cəlb etmək lazım idi: "Hazırda əraziyə Yaponiyadan mütəxəssislər gətirilib. Nəticəni gözləyək”.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə qeyd edib ki, ərazi hazırda sürüşməkdə davam edir: "Dünən gecə yuxarıdakı istinad divarının biri də aşıb. Yenə təhlükə gözlənilir. Proses dayanmır. Bir silkələnmə olsa, hamısı dərənin içinə tökülər”.

Xəbər 3077 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.10.2025  11:42 

Çin Putinə xəbərdarlıq edib?

22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +