Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib
Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov
Baş nazir Tiflisə səfərə gedib
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycan Ermənistana bu məhsulu niyə buraxdı? - Ekspert
Güləşçimiz dünya çempionatının qalibi olub -FOTO
Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?


01.03.2018  11:32 

4-cü sinif şagirdinin özünü asmasının təfərrüatı açıqlanıb





A+  A-

Zaqatala rayonunda 4-cü sinif şagirdinin özünü asmasının təfərrüatı açıqlanlıb.
Rayonun Muxak kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətində təndirin çardağında ipdən asılı vəziyyətdə aşkarlanıb. Hadisə zamanı evdə onun anası və 15 yaşlı qardaşı olub. H.Məmmədovun çobanlıqla məşğul olan atası Nazim Məmmədov hadisədən bir neçə saat əvvəl qışlağa gedib.

XəzərNews.az bildirir ki, valideynlərinin "Report"a verdiyi məlumata görə, hadisədən bir neçə saat əvvəl H.Məmmədov qonşuluqda yaşayan məktəb yoldaşıgilə dərslərini hazırlamağa gedib: "Oradan çıxdıqdan sonra qardaşı ilə birgə mal-qaranı rahatlamaq üçün evə qayıdıb. Qardaşı tövlədə olan zaman H.Məmmədov həyətdəki təndirin çardağında, mal-qaranı bağlamaq üçün nəzərdə tutulan kəndiri boğazına bağlayıb, ayağının altına 3-4 kərpic qoyub".

Valideynləri ehtimal edir ki, 11 yaşlı Hafiz oyun oynayan zaman təsadüfən kəndirə ilişib və boğulub: "Ola bilər ki, ayağının altına qoyduğu kərpiclər sürüşüb və kəndir boğazını sıxaraq boğulub. Hafizin heç bir ruhi xəstəliyi, intihar etmək üçün psixoloji problemi və hər hansı dərdi olmayıb. O, nə başa düşür ki, intihar etmək, özünü asmaq nədir?! Sadəcə oyun oynamağı sevirdi".

Dərsini hazırlamaq üçün getdiyi qonşu qızın anası isə bildirib ki, Hafizlə qızı birlikdə dərslərini hazırlayıb sağollaşıblar: "Hafiz tərbiyəli və savadlı uşaq idi. Həm dərslərini yaxşı bilirdi, həm də evdə ailəsinə təsərrüfat işlərində köməklik edərdi. Bizim evdən yenicə çıxmışdı ki, eşitdik özünü asıb".

Onun oxuduğu məktəb müəllimləri də dərslərini normal oxuduğunu və bu günə qədər heç bir problemi olmadığını bildiriblər.

Faktla bağlı Zaqatalada rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər 3021 dəfə oxunub.




21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək


BÜTÜN XƏBƏRLƏR +