Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO
Qaribaşviliyə qarşı ittiham irəli sürülüb
11 tələbənin təqaüdü kəsildi
Fərman Abbasov vəzifədən atıldı
Əhaliyə Xəbərdarlıq: Bu ərazilərdə...
“Anamı ölümcül hala salıblar”- Video
“Appro Hospital“da qalmaqal -VİDEO
Xəstəxana direktoru işçini döyüb? - Video


02.06.2017  11:08 

Bu rayonda məhsulun 70 faizi Rusiyaya satılır





A+  A-

Şəmkir rayonunun kəndlərində əhalinin əsas gəlir mənbəyini əkinçilik təşkil edir. Hazırda rayonun kəndli fermerləri və fərdi təsərrüfat sahibləri tarla işləri ilə məşğuldur. Erkən yaz aylarında havanın bir müddət yağmurlu və şaxtalı keçməsi əkin sahələri üçün çox xeyirli olub. Belə ki, sahələrdə bol məhsul yetişib.
XəzərNews.az xəbər verir ki, bu sözləri Azərtac-a Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Kamil Yusibov bildirib. Onun sözlərinə görə, hazırda rayonun 30-dan artıq kəndində vətəndaşlar fərdi həyətyanı sahələrində və mülkiyyətlərində olan pay torpaqlarında faraş tərəvəzçiliklə məşğuldurlar.

İdarə rəisi bildirib ki, kənd əməkçiləri məhsulu alıcılara elə öz həyətlərində satırlar: “Pomidorun bir kiloqramı 70-80 qəpiyə, xiyarın bir kiloqramı isə 40-50 qəpiyə satılır. Rayonda istehsal olunan pomidorun təxminən 70-80 faizi Rusiyaya ixrac edilir. İş adamları kəndlərə gedərək həyətlərdə məhsulu vətəndaşlardan münasib qiymətə alır, qablaşdırır və yük avtomobilləri ilə Rusiya bazarlarına aparırlar”.

Qeyd edək ki, rayonda faraş tərəvəzçiliklə məşğul olan istehsalçıların 60-70 faizi istixanalardan ildə iki dəfə məhsul götürə bilirlər. Bu il rayonda 4099 nəfər 896 hektar sahədə pomidor və xiyar məhsulları yetişdirib. Bir hektardan orta məhsuldarlığın 90-95 sentner olması, yəni 80-90 min ton tərəvəz məhsulu gözlənilir. İndiyədək 50-55 min ton məhsul tədarük edilərək satılıb. Hazırda rayonda məhsul yığımı davam edir.

Xəbər 3338 dəfə oxunub.




24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq

23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +