Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO


31.05.2017  10:56 

“Orada qazanan ancaq şounun ağasıdır”





A+  A-

ATV-də yayımlanan “Maşın” realiti şousu ətrafında yaranan qalmaqal səngimək bilmir.
XəzərNews.az xəbər verir ki, verilişin ilk günü yarışmadan çıxan Elton Hüseynəliyev layihənin aparıcısı Murad Dadaşova qarşı ağır ittihamlar səsləndirməyə davam edir:

“Dünən Murad gördü, oyun düz getmir, Elcanla məni əsəbiləşdirərək qarşı-qarşıya qoydu. Bütün iştirakçılar hər şeyi bilir. Orada bir qazanan var, o da şounun ağasıdır. Reklama gedirik deyib məni canlı yayımda qoyan Murad Dadaşov deyilsə, bəs kimdir? O nə istəyirsə, o da olur. Ora getdiyim üçün çox peşmanam. Elcanla işim yox idi, bu, Muradın oyunu idi. Mən də oynadım və uduzdum”.

Elton aktrisa Oksana Rəsulovanın qeyri-səmimi olduğunu söyləyib:

“Oksana xanım, orada ən böyük qruplaşma sənin və Aqil M. Quliyevin əlindədir. Danışanda bir az səmimi ol! Murad yaxşı etdi Kənanı saxladı, bəli saxladı! Çünki tapşırılan iki nəfərdən biri Səbuhi, biri də Elcandır. Səbuhi getdi, Elcan sənə isə uğurlar! İnşallah, finalda olarsan! Tolik, sənin isə orada qalmağının heç mənası yoxdur. Yenə də özün bilərsən! Kənan sənə halaldır! Orada səmimiyyəti ancaq səndə və Nadirdə gördüm”.

Xəbər 4574 dəfə oxunub.



24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +