Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


07.05.2020  17:19 

Nazirlikdən imtina mesajı göndərilən şəxslərlə bağlı açıqlama





A+  A-

“Müvafiq meyarlara uyğun olmadıqlarına görə imtina mesajları gələn şəxslər də diqqətdən kənarda deyil”.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov yayıb. Bildirib ki, birdəfəlik ödəmə proqramı hazırkı şəraitdə sosial dəstək tədbirlərindən yalnız biri idi:

“Onların rifahına dəstək olacaq tədbirlərə cəlb edilməsi üçün imkanlar genişdir. Belə şəxslər istədikləri halda ödənişli ictimai işlər və digər aktiv məşğulluq proqramlarına cəlb edilə bilər. Təbii ki, öz istəkləri əsasında. Lakin nələri müşahidə etdik?

Təkcə son 3 gündə imtina mesajı ilə bağlı bizə müraciət edən, işsiz və aztəminatlı olduqlarını və 190 manata ehtiyac duyduqlarını israrla bildirən 4400 vətəndaşımıza dəstək olmaq, 190 manatdan daha çox məvacibli, əmək müqaviləsi əsasında ödənişli ictimai işlər təklif etdik. Lakin onlardan cəmi 21-i (0,5 faizi) bu işlərdə çalışmaq istədiyini bildirdi. Qalanı isə işləməkdən imtina etdi, hətta bu təklifə əhəmiyyət belə vermədilər.

İşsiz, aztəminatlı olduğunu deyən şəxs cəmi iki ay verilməsi nəzərdə tutulan 190 manatı niyə əmək müqaviləsi əsasında iş yeri qazanmaqdan üstün tutur?!

Bunun səbəbini iki amillə bağlamaq olar: Ya həmin insanlar işsiz olduqlarını desələr də, əslində gəlirsiz deyillər. Bu da onların 190 manata ehtiyaclarının olmadığını, onlara göndərilən imtina mesajlarındakı səbəblərin dəqiq müəyyən olunduğunu göstərir. Ya da həmin şəxslər sadəcə işləmək istəmirlər.

Bundan sonra da aktiv məşğulluq proqramlarımız getdikcə genişlənəcək və işləmək istəyən hər bir şəxsə bu proqramlara cəlb olunmaq imkanı yaradılacaq”.

Xəbər 3167 dəfə oxunub.



25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +