Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib
Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov
Baş nazir Tiflisə səfərə gedib
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycan Ermənistana bu məhsulu niyə buraxdı? - Ekspert
Güləşçimiz dünya çempionatının qalibi olub -FOTO
Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?


17.10.2025  15:13 

Qanun qadağan etsə də... - Sədr müavini 300 minlik sifariş alıb





A+  A-

Masallı şəhər bələdiyyəsinin sədr müavini Əsəd Əzizov cari ildə müxtəlif dövlət qurumları ilə 15 satınalma müqaviləsi imzalayıb.

XəzərNews.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bələdiyyə sədrinin müavini müqavilə imzalayan qurumlar aşağıdakılardır:

* "Aqrarkredit" QSC BOKT – Şəki filialı
* Sumqayıt Şəhər İcra Hakimiyyəti
* AMEA-nın Geologiya və Geofizika İnstitutu
* Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti
* Bakı İlahiyyat Kolleci
* Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi – "Xınalıq və Köç Yolu" Tarix-Mədəniyyət və Etnografiya Qoruğu
* Ağcabədi Rayon İcra Hakimiyyəti
* Ordubad Rayon Təhsil Şöbəsi
* Azərbaycan Respublikasının Energetika Nazirliyi
* Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
* Daşkəsən Rayon İcra Hakimiyyəti
* Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı

Bu müqavilələrdə əsasən mebel avadanlıqlarının satışı nəzərdə tutulur. Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 297 538,74 manat təşkil edir.
Əsəd Əzizov satınalma müsabiqələrində fəal iştirak edir. O, əsasən kotirovka sorğularının qalibi seçilib.

Əsəd Əzizov bələdiyyə seçkilərinə qatılarkən onun tərcümeyi-halında fərdi sahibkarlıqla məşğul olduğu qeyd edilib. Amma Azərbaycan qanunvericiliyinə onun biznes fəaliyyəti ilə məşğul olması qadağandır.

"Bələdiyyələrin statusu haqqında" Qanuna görə öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz.

Bələdiyyə sədrinin müavinləri də səlahiyyətlərini daimi əsaslarla icra edən bələdiyyə üzvləri kateqoriyasına aiddir.

Xəbər 4631 dəfə oxunub.




21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək


BÜTÜN XƏBƏRLƏR +