Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


09.03.2025  13:00 

Həm İcbari Tibbi Sığorta, həm də Gəncə Beynəlxalq Xəstəxanası - Bir ölümün izi ilə...





A+  A-

Bu günlərdə daha bir gənc xanımın xəstəxanada komaya düşməsi və ölümü xəbəri ölkədə həkim səhlənkarlığı və səhiyyə xidmətinin vəziyyəti ilə bağlı müzakirələri yenidən aktuallaşdırdı. Söhbət əlindəki ziyili götürmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadədən gedir.

Gənc qız əməliyyat öncəsi narkozdan sonra allergik şok keçirib və komaya düşüb. 10 gün sonra isə xəstəxanada həyatını itirib.

Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olan Türkan nişanlı imiş və gələn ay toyu olacaqmış.

Valideynlərinin sözlərinə görə, qızları xəstəxanaya sağlam göndərilib. Heç bir yanaşı xəstəliyi və əməliyyat öncəsi verdiyi analizlərində problem olmayıb.
Beləliklə, adi bir ziyilə görə gənc qız həyatından oldu, bir ailənin işığı söndü...

Bəs, hadisə necə baş verib?

Necə olub ki, Türkan narkozdan allergik şok keçirib?

Ümumiyyətlə, ona narkoz verilməli imişmi?

Əməliyyatdan öncə bütün lazımı analizlər aparılbsa, necə olub ki, allergik şok ehtimalı nəzərə alınmayıb?

Düşündürücü suallardır.

Maraqlısı isə odur ki, xəstəxana rəhbərliyi bu suallara doğru-düzgün cavab vermək əvəzinə daha çox digər məqamları qabardır. "Xəstə yaxınlarının aidiyyəti qurumlara heç bir şikayəti yoxdur", "Xəstə narkozu özü istəyib", “Ölümün səbəbi narkozun çox və ya az verilməsi deyil", "Xəstənin müraciət səbəbi nə ziyil, nə də törəmə deyil" və s. kimi absurd, məsələnin mahiyyətinə heç bir dəxli olmayan cavablar...



XəzərNews.az xəbər verir ki, xəbər verir ki, bu səbəbdən Bakupost.az məsələyə aydınlıq gətirmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına rəsmi sorğu ünvanlayıb.

Sorğunun verilməsindən 3 iş günü keçməsinə baxmayaraq, hələ də rəsmi cavab yoxdur. Bu səbəbdən yenidən Gəncə Beynəlxalq Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə şöbə rəhbəri Leyla Məmmədova ilə əlaqə saxladıq. O, yenə də suallarımıza cavab vermək əvəzinə "Xəstənin yaxınlarının şikayəti yoxdur", "Xəstə ilə bağlı məlumatları açıqlamağa ixtiyarımız yoxdur" kimi cavablarla kifayətləndi. Son sözü isə bu oldu ki, "məsələ ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır, müvafiq ekspertizanın rəyi hazır olduqdan sonra sorğunuza cavab veriləcək, gözləyin".

Xəstəxananın direktoru ilə əlaqə saxlamaq istədikdə isə L.Məmmədova onun adını açıqlamaq və əlaqə nömrələrini verməkdən imtina etdi.

Biz isə Araşdırmalarımız zamanı Gəncə Beynəlxalq Xəstəxanası və onun rəhbərliyi ilə bağlı ilginc məlumatlar əldə etdik.

Aydın oldu ki, vaxtilə mərhum Vergilər naziri Fazil Məmmədova məxsus olan həmin xəstəxananı hazırda faktiki olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri, professor Hikmət İbrahimli işlədir.

Əldə etdiyimiz məlumata görə, hətta Hikmət İbrahimli həmin xəstənaya öz bacısı qızını direktor təyin etdirib. Gülnara adlı həmin xanım xəstəxananın direktoru olsa da, faktiki olaraq, işə çıxmır, distant qaydada fəaliyyət göstərir. Xəstəxananın idarçiliyini baş həkim Tural Əfəndiyev və Leyla Məmmədova həyata keçirirlər.



Onu da qeyd edək ki, Hikmət İbrahimlinin bölgə xəstəxanalarında rəhbər postlara təyinatlar məsələsində əsas söz sahiblərindən biri olduğu da bildirilir. Hətta iddia olunur ki, o, Hacıqabuldan Şəmkirə qədər TƏBİB-in tabeliyində olan bütün xəstəxanalara öz adamlarını direktor təyin etdirib.

Həmin direktorlara təsir imkanları olan Hikmət İbrahimli bölgələrdəki bütün ağır xəstələri onların vasitəsilə Gəncə Beynəlxaq Xəstəxanasına yönəldir. O da qeyd olunur ki, Hikmət İbrahimli təkcə regionlarda deyil, Bakıda da böyük imkanlara sahibdir. Belə ki, o, paytaxtda bir neçə özəl klinikalara şəriklik edir, eyni zamanda bəzi dövlət xəstəxanalarının texniki təchizatını həyata keçirir...

Xəbər 4379 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +