Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var


09.10.2025  12:03 

Həbsdə olan general-mayorun yarım milyonluq mənzili satışa çıxarıldı





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, 10 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş general-mayor Elçin Quliyevin müsadirə olunan mənzili hərraca çıxarılıb.

XəzərNews.az xəbər verir ki, sözügedən mənzil Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsində yerləşir.

Yeni tikilmiş binada yerləşən mənzilin sahəsi 200 kv metrdir. Mənzilin ilkin satış qiyməti 517 min manat olsa da, 362 min manata endirilib.

Elçin Quliyevə bu mənzil 2005-ci ildə dövlət tərəfindən verilib. Həmin vaxt onun müavini olmuş polkovnik İlqar Əliyev də eyni binada mənzillə təmin olunub.

Qeyd edək ki, sabiq MTN generalı Elçin Quliyev 2015-ci ildə həbs edilib. Külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə ittiham olunan general 2017-ci ilin noyabrında 10 il 6 ay azadlıqdan məhrum edilib.

Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və “MTN olayları” başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.//Teleqraf

Xəbər 2515 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +