Ramiz Mehdiyevə 4 ay ev dustaqlığı... - Məhkəmə
Bu halımızla bizə mədəniyyət ölkəsi demək...
Daha çox şikayət olunan internet provayderləri - SİYAHI
Astarada mal-qara arasında dabaq xəstəliyi yayılıb
TƏBİB deputatın oğluna 392 min ödəyəcək
“Karvan”da kabab yeməyə gəlmişdiz? - Aparat rəhbərinə sual
“Bank VTB“nin müştərisi azaldı
Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Sərəncam
Bakıda məşhur həkim xəstəni zorla xəstəxanadan çıxarıb?
Aparıcı ilə “Kontakt Home“nin 8 qəpik borc qalmaqalı - VİDEO


19.06.2023  12:44 

Atam, yolun düşsə bu dünyaya bir də gəl… - Zülfüqarın oğlu





A+  A-

Bir gün bu mövzuda nəsə deyəcəyimi heç gözləmirdim. Sözlərə sığmayan, cümlələrin yetərsiz qaldığı bir acım var.

Onun mənə hər fürsətdə verdiyi nəsihətlər bu an belə qulağımda çınlanır.

Yaşadığım acının heç bir zaman tərifi olmayacaq. Atam tək mənə ata deyildi o mənim ən yaxın dostum, ən yaxın sirdaşım, bir sözlə hər şeyim idi.

Hər imkan olduqda parkda gəzməyə çıxardıq. Onunla qurduğumuz o xoş arzular, o xoş istəklər onunla birlikdə torpağa qarışdı.

Atam sadəcə bu dünyadan özünü aparmadı, sevincim, arzularım, hətda gülüşlərim belə onunla birlikdə torpağa gömüldü.

Düzdü mən atamı sözlərlə ifadə edilə bilməyəcək şəkildə çox sevirdim. Hər oğul atasın sevər, ancaq mən hər zaman onu fərqli hisslərlə, fərqli duyğularla sevirdim, indi də sevirəm dəyişən tək şey onun olmamasıdır.

Belə bir söz var Allah deyr kimi məndən çox sevərsən onu səndən alaram. Hər gecə Allaha dua edirdim atamı, anamı mənə çox görmə deyə öz canımdan al onların canına birləşdir təki olar sağ olsun,təki olar xoşbəxt olsun.

Hər insan oğlunun əlbətki, bir böyük arzusu vardır. Mənim ən böyük arzum, diləyim atama anama nəvə bəxş etmək idi.

Mən inanıram ki, hər zaman atamın ruhu mənimlə olacaq. Mənə ondan tək qalan sözləri, nəsihətləri deyil, həmçinin bu günə qədər uğraşıb böyük əziyyətlərlə çalışdığı bir saytı mənə miras qoydu.

20 yaşımın olmasına rəğmən sanki çiyinlərimdə 20 ton yük var. Allahın izni ilə bu çətin günləri atlacam.

Mən atama söz verirəm ki, onun bu günə kimi uğraşıb, vuruşub bu yerlərə gətirdiyi saytı hər zaman qoruyacam, nəyinki özüm mənim belimdən gələn nəsillərdə onu idarə edəcək.

Atam, yolun düşsə bu dünyaya bir də gəl…

Xəbər 2562 dəfə oxunub.




14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO

14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı


BÜTÜN XƏBƏRLƏR +