Qətərli diplomatlar Misirdə öldülər
Quterreş Qəzza üçün Misirə gedəcək
Pakistan qırıcıları havaya qaldırdı: Müharibə başlayır?
Bu vilayətdə döyüşlər intensivləşib
Azərbaycan Sülh Sammitinə dəvət olunub
Şəmşad Ağaya ağır itki üz verib
Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO
“Antalyaspor” klubunun yeni baş məşqçisi oldu
Netanyahudan İrana məktub


15.11.2023  09:59 

Direktor seçimində direktor müavinlərinə üstünlük verilməlidir - Deputat





A+  A-

Son zamanlar sosial şəbəkələrdə kütləvi şəkildə məktəb direktorları ilə bağlı narazı fikirlər səslənir. Belə ki, direktorların məktəb mühitini düzgün şəkildə idarə edə bilmədikləri qeyd olunur.

Bəs görəsən, direktorların seçilməsində nə kimi problemlər var?

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, direktorların təyinatı məsələsinə yanaşmanı dəyişmək lazımdır:

“Bu məsələyə dəfələrlə münasibət bildirmişəm. Hətta parlamentin komitə iclasında da bu mövzunu qaldırmışam. Düşünürəm ki, direktorların təyinatı məsələsinə yanaşmanı dəyişmək lazımdır. Direktorlar təyin olunarkən yalnız onların bilikləri deyil, eyni zamanda onların psixoloji vəziyyəti, keçmişi, rüşvətə meyilli olub-olmaması, xarakteri təyin olunmalıdır. Bununla yanaşı onların təcrübəsi də nəzərə alınmalıdır”.

Deputat qeyd edib ki, direktor seçimində bir müddət məktəb direktor müavinlərinə üstünlük verilməlidir:

“Təcrübəsiz və idarəçi işləməyən müəllim imtahan verib direktor seçilir, daha sonra isə məktəbdə direktor vəzifəsində çalışır. Bu da öz növbəsində problem yaradır. Ona görə də imtahanlarda yalnız bilik yox, həmin şəxsin eyni zamanda idarəçilik qabiliyyəti, təcrübəsi nəzərə alınmalıdır. Hesab edirəm ki, direktor seçimində bir müddət məktəblərin direktor müavinlərinə üstünlük verilməlidir. Hansı ki, onların keçmişində şübhəli məqam, problem yoxdur. Bu məsələnin həlli üçün qeyd etdiyim məqamlar mütləq şəkildə nəzərə alınmalıdır. Yalnız bilik əsas meyar olmalı deyil”.

Xəbər 2660 dəfə oxunub.




12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +