Quterreş Qəzza üçün Misirə gedəcək
Pakistan qırıcıları havaya qaldırdı: Müharibə başlayır?
Bu vilayətdə döyüşlər intensivləşib
Azərbaycan Sülh Sammitinə dəvət olunub
Şəmşad Ağaya ağır itki üz verib
Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO
“Antalyaspor” klubunun yeni baş məşqçisi oldu
Netanyahudan İrana məktub
Gəmi qəzaya düşdü, ölənlər var


27.10.2023  17:25 

Müalicə olunandan bəri özümü yaxşı hiss edirəm -Aygün Bəylər





A+  A-

Əməkdar artist Aygün Bəylər bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Xəzərnews.az xəbər verir ki, "Xəzər axşamı" proqramına telefonla zəng edən xanəndə özünü yaxşı hiss etdiyini bildirib:

"Bir neçə gündür ki, səhhətimlə bağlı yayılan xəbərlərdən tamaşaçılar kimi mən də çox narahat olmuşam. Mən heç bir xəstəxanaya yerləşdirilməmişəm. Bu ilin sonuna, yəni iki aydan sonra canlı solo konsert vermək niyyətindəyəm. Konsertə hazırlaşıram deyə müayinələrimə daha diqqətlə yanaşıram.

Çünki istəyirəm, xalqın qarşısında hesabat konserti verim. Həmişəki Aygün Bəylər kimi tamaşaçıların qarşısına çıxım. Bu nə yalan xəbər idi, heç özüm də bilmədim. Nazilə Səfərliyə çox təqid etdim ki, şəkil çəkdirməyi sevmirəm, xoşlamıram. Amma nə etmək olar... Özü gəldi və mənimlə şəkil çəkdirdi. Həmin fotonu isə sosial şəbəkə səhifəsində paylaşdı. Paylaşandan üç dəqiqə sonra sosial şəbəkələrə yayıldı.

Yenə də deyirəm, mən xəstəxanaya yerləşdirilməmişəm, sadəcə ora qan analizi verməyə getmişəm. Hər şey çox gözəldir. Konsertə hazırlaşıram, əhvalım da yüksəkdir. Sağlamlığım da yaxşıdır. Həkimlər də səhhətimlə bağlı xoş sözlər deyiblər".

Qeyd edək ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanmışdı. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib. Bir neçə gün əvvəl şair Nazilə Səfərli onun xəstəxanada çəkilən şəklini yayımlamışdı.

Günay
Xəzərnews.az


Xəbər 2508 dəfə oxunub.




12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +