Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


15.07.2022  11:55 

“Mən kimdən rüşvət almışam?!” - Sabiq icra başçısı





A+  A-

Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadə vəzifəsindən azad edildikdən sonra ilk dəfə açıqlama verib.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun sullarına cavablandıran Mehdi Səlimzadə hazırda heç bir işlə məşğul olmadığını bildirib.

"Allaha şükür yaxşıyam. Pensiyadayam. Təqaüdümlə dolanıram. İşsizəm", deyə keçmiş başçı qeyd edib.

Hazırda Bakıda yaşadığını bildirən Mehdi Səlimzadə "İndi yay fəslidir. Dincəlirəm. Fikirləşirəm ki, yaydan sonra hansısa bir işlə məşğul olum" deyib.

Bu ilin fevral ayında Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Mehdi Səlimzadənin korrupsiya və rüşvətə görə vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi. Sabiq icra başçısının bu iddialara cavabı belə olub:

"Yazırlar da (gülür). Bu insanlar hər şeyi yazır. Gedib rayonda soruşsunlar, görüm, mən kimdən rüşvət almışam. Hamısı yalan söhbətlərdir".

Xəbər 3160 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +