Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


08.05.2018  14:26 

Məmmədyarov şahmat akademiyası açmaq istəyir





A+  A-

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov öz adına akademiya və ya məktəb açmaq fikrindədir.
XəzərNews.az bildirir ki, bu barədə qrossmeyster “Facebook” hesabında paylaşım edib. O, “Şəhriyar Məmmədyarov adına akademiya və ya məktəb açmağı düşünürəm. Çünki bu gəncləri özü ilə aparan yolçu lazımdır. Nə fikirləşirsiniz? Əgər düşüncələriniz mənimlə eyni olsa, söz verirəm üstündə duracam”-, deyə qeyd edib.

Ş.Məmmədyarov bununla bağlı Modern.az saytına açıqlama verib. O bildirib ki, akademiyanın açılması ilə bağlı hələ ki fikir yoxdur, sadəcə düşüncədir:

“Fikirləşirəm ki, hələ öz şahmat yolumu davam etməliyəm. O cümlədən ən böyük uğurlar üçün çalışmalıyam. Yaxın gələcəkdə inşallah akademiya haqda daha ciddi fikirləşəcəm”.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov yeniyetmələr üzrə ikiqat dünya çempionu, sürətli şahmat üzrə dünya çempionu, Şahmat Olimpiadasının qızıl medalçısı, Azərbaycan yığması ilə üçqat Avropa çempionudur.

Xəbər 3419 dəfə oxunub.



10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +