30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər


04.10.2025  10:07 

Hava limanı bağlandı





A+  A-

Almaniyanın Münhen şəhərində yerləşən beynəlxalq hava limanı dron təhlükəsi ilə əlaqədar olaraq yenidən fəaliyyətini dayandırıb.

XəzərNews.az “Bild” qəzetinə istinadən xəbər verir ki, polis dron müşahidəsinə dair məlumatın araşdırıldığını və təhlükəsizlik məqsədilə bütün uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb.

Hazırda dronların axtarışı davam etdirilir və hava limanının nə vaxt açılacağı hələlik bilinmir.

Münhen hava limanının rəsmi saytında yayılan məlumata əsasən, təhlükəsizlik tədbiri olaraq bütün uçuşlar növbəti xəbərdarlığa qədər məhdudlaşdırılıb. Hazırda 23 reys başqa istiqamətlərə yönləndirilib, Münhenə planlaşdırılan 12 uçuş isə tamamilə ləğv olunub. Hadisə nəticəsində təxminən 6500 sərnişin hava limanında gözləməli olub.

Qeyd edək ki, ötən gecə də Münhen hava limanı oxşar səbəblə – dron müşahidəsi ilə əlaqədar – bir neçə saat bağlı qalmış və 3500 sərnişin çətinliklə üzləşmişdi.

Xəbər 2858 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +