Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


03.10.2025  21:50 

Antiazərbaycan təbliğatını AKP hökuməti verir?





A+  A-

Türkiyə ilə Azərbaycan arasında yenə gərginlik yaranıb. Niyə? Çünki Azərbaycan Türkiyənin istəyi ilə oturub-durmur. Daha dəqiq desək, Türkiyə istəyir ki, Azərbaycan İsraillə düşmən olsun. Azərbaycana isə bu, qətiyyən lazım deyil.

XəzərNews.az xəbər verir ki, bu sözləri İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli deyib.

“Ən pisi odur ki, Türkiyə mətbuatı məqsədli şəkildə, yəni AKP iqtidarının sifarişi ilə antiazərbaycan təbliğatı aparır. Özü də feyk xəbərlər yaymaqla. Azərbaycan tərəfinin rəsmi etirazına baxmayaraq, Türkiyə tərəfi feyk xəbərləri aradan qaldırmır. Bu, son dərəcə pisdir, biabırçılıqdır. Həm də bu fakt onu göstərir ki, Türkiyə mətbuatı kifayət qədər azad deyil. Siyasi sifarişlə idarə olunur. Eynən Azərbaycanda da belədir.

Türkiyə mətbuatı yazır ki, BMT Baş Assambleyasında çıxışı boykot edilən İsrail Baş naziri Netanyahunu dinləyənlər arasında Azərbaycanın rəsmi nümayəndə heyəti olub, halbuki olmayıb. Yəni bütün dünyanın gözü qarşısında baş verən hadisəni Türkiyə mediası köklü şəkildə təhrif edir. Və ya Azərbaycan dövləti adından “Avroviziya-2026-da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə saxta xəbərlər yayırlar.

Türkiyə də, sayın Tayyib Ərdoğan da başa düşməlidir ki, Azərbaycana böyük qardaş lazım deyil. Heç bir ölkə Azərbaycana nəyisə diktə edə bilməz. Biz kiminsə sifarişi ilə oturub-dura bilmərik. Azərbaycan olaraq bu, bizə heç yaraşmaz da...

Pakistan-Hindistan savaşında Türkiyə və Azərbaycan Pakistana dəstək verdi. İsrail isə bütün imkanları ilə Hindistanın yanında idi. Sirr deyil ki, İsrail Pakistan və Türkiyə ilə düşmən kimidir. Ancaq İsrail bizə demir ki, sən mənə görə Türkiyə və Pakistanla düşmən olmalısan. Bu mənada Türkiyə də anlamalıdır ki, Azərbaycan müstəqil dövlətdir. Onun da öz maraqları var.

Başqa bir məqam. Türkiyə digər türk dövlətləri ilə də belə danışa bilməz. Danışmamalıdır da. Məsələlər müzakirə olunub qarşılıqlı konsensus əsasında öz həllini tapmalıdır.

Türkiyə Azərbaycana möhtacdır. Azərbaycan da Türkiyəsiz qol-qanadı sındırılmış quşa dönərdi. Ancaq istənilən halda sən Fələstinə görə Azərbaycanın üzərinə yeriyə bilməzsən.
Umu-küsü yol deyil. Proseslərə praqmatik yanaşmaq lazımdır. Türkiyə və Azərbaycan bilməlidir ki, qarşılıqlı ittihamlar bizi qaranlığa aparır”, - o qeyd edib.


Xəbər 3173 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +