Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


21.02.2019  12:50 

Ağ Ev Paşinyana hirsləndi - Erməni nazirin səfəri ləğv olundu





A+  A-

ABŞ Ermənistanın xarici işlər nazirinin Vaşinqton səfərini ləğv edib.
XəzərNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qərar Ermənistanın Rusiyanın diktəsi ilə Suriyaya 83 nəfərlik hərbi kontingent göndərməsilə bağlıdır.

“Vaşinqton bizim XİN-in uzun müddət üzərində işlədiyi səfəri ləğv edib. Bu məsələdə Trampın köməkçisi Con Boltonla baş nazir Nikol Paşinyan arasında baş tutan telefon görüşü önəmli rol oynayıb. Bolton Suriyaya erməni kontingentinin göndərilməsinin qəti qərar olması barədə soruşub və Paşinyandan “hə” cavabı eşidib” - deyə “Qrapark” qəzeti diplomatik mənbəyə istinadən xəbər verir.

Hazırda Ermənistan rəhbərliyi Ağ Evin narazılğını azaltmaq üçün səylər göstərir və diplomatik kanallar vasitəsilə Dövlət katibi Mayk Pompeonun Zoqrab Mnatsakanyanı Vaşinqtona dəvət etməsini gözləyir.

Xatırladaq ki, Ermənistan Suriyaya Rusiya kontingenti tərkibində 83 nəfərdən ibarət minaaxtaranlar qrupu göndərib.

Xəbər 1318 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +