Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK


26.07.2019  10:43 

Müdafiə Nazirliyi: “O görüntülər hərbi təyyarənin qəza anı deyil” + VİDEO





A+  A-

"Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür".
XəzərNews.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyi sosial şəbəkələrdə MiQ-29 qırıcısının qəza anını əks etdirən video görüntülərə cavab olaraq bildirib.

Qeyd olunub ki, yayılan video görüntünün heç bir əsası yoxdur və yalandır.

"Plana uğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq", - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Qeyd edək ki, sözügedən video görüntü İtaliyadakı 2017-ci il aviaşousu zamanı qeydə alınıb. Müdafiə Nazirliyi redaksiyamıza həmin video görüntünü də təqdim edib.



Xəbər 1837 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.07.2024  16:20 

Sabah hava necə olacaq ? -Proqnoz

26.07.2024  21:10 

Göygöldə bıçaqlanma olub

26.07.2024  14:23 

Sabahın havası AÇIQLANIB

26.07.2024  08:40 

Günel Cavadxan vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +