Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


04.02.2022  19:30 

Tağı Əhmədov məhkəməyə çağırılır - TƏLƏB





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Səadət Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

XəzərNews.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Səadət Xəlilovun vəkili Hafiz Ələsgərov vəsatət qaldıraraq “Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədovun məhkəməyə çağırılaraq dindirilməsini istəyib. Vəkil, həmçinin Səadət Xəlilovla Tağı Əhmədov arasında telefon danışıqlarının məhkəmədə araşdırılmasını xahiş edib.

Daha sonra təqsirləndirilən Səadət Xəlilov vəkilinin suallarını cavablandırıb. O, mərmər biznesi ilə məşğul olduqlarını, Qazaxıstan və İrandakı biznes tərəfdaşlarıyla iş gördüklərini deyib: "Qazaxıstanda Kənan Əliyev adlı şəxslə işləyirdik. O, Qazaxıstanda mal göndərdiyimiz firmanın sahibi idi. Onun Bakıda problemi vardı, ona görə bura gələ bilmirdi. Tağı Əhmədova da bu barədə məlumat vermişdim. Sonra Qazaxıstanda Kənanın əmlakını əlindən almışdılar”.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Soltan Əliyev tanınıb. İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov onun 2 milyon manatını ələ keçirib. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Ötən ilin dekabr ayında keçirilən məhkəmə iclaslarına gəlmədiklərinə görə onlar haqqında axtarış elan edilərək hər ikisi həbs edilib. Bundan sonra Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov hazırda tək mühakimə olunur.

Səadət Xəlilov ifadəsində bildirib ki, 2 milyon manat Soltan Əliyevin yox, Tağı Əhmədovundur. Həmin pulu Metropolitenin sabiq rəisi onlara faizlə verib. Onun sözlərinə görə, əvvəlcə T. Əhmədovdan 200 min, sonra 800 min, daha sonra 1 milyon olmaqla, üç dəfəyə 2 milyon manat sələmlə pul alıb, bir neçə dəfə də buna görə faiz ödəyib. Mərmər biznesində uğursuzluqlar başlayandan sonra isə pulu ödəməkdə çətinlik çəkib. Bu səbəbdən dəfələrlə Tağı Əhmədovun həm özü, həm də yaxınları tərəfindən döyüldüyünü deyən Səadət Xəlilovun sözlərinə görə, əlində bunu təsdiqləyən sübutları da var. Onun sözlərinə görə, Tağı Əhmədov onu YAP-ın Yasamal rayon təşkilatının binasında döyüb. Həmin vaxt o, təşkilatın sədri olub.

Səadət Xəlilov özü də Tağı Əhmədovun məhkəməyə çağırılmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesdə Tağı Əhmədovun istintaqa verdiyi ifadəsi elan edilib. T.Əhmədov ifadəsində bildirib ki, pulu Səadət Xəlilova yox, dostu Soltan Əliyevə borc verib. O isə Səadət Xəlilova birgə biznes məqsədilə verib: “Mən onların işinə qarışmamışam, maraqlanmamışam”.

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur.

Xəbər 1546 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +