Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


11.10.2022  13:24 

Gəncəyə atılan raket xalqımıza nifrət zəminində törədilib





A+  A-

Ərazilərimizin Ermənistan tərəfindən işğalı dövründə çoxsaylı müharibə cinayətləri törədilib.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terror aktının ikinci ildönümü ilə əlaqədar keçirilən dəyirmi masada deyib.

İki il əvvəl Gəncədə törədilən terror hadisəsindən danışan Leyla Abdullayeva raket hücumlarının məqsədli şəkildə törədildiyini diqqətə çatdırıb.

Bildirib ki, raket hücumları daha çox insana ziyan vurmaq məqsədilə bilərəkdən məhz gecə vaxtlarında həyata keçirilib. Bu, birmənalı şəkildə müharibə cinayətidir, Ermənistanın özünün də üzvü olduğu Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Konvensiyanın maddələrinə əsasən, Gəncəyə edilən məqsədli raket hücumları Azərbaycan xalqına nifrət zəminində törədildiyi üçün beynəlxalq təşkilatlar bu məsələyə ədalətli münasibət bildirməli və Ermənistana təzyiq etməlidirlər.

Xəbər 7434 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +