Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


06.09.2023  10:04 

Tələbələr qayıdır, kirayə ev problemə çevrilir





A+  A-

Bir neçə gündən sonra yeni dərs ili başlayır. Bu səbəbdən bölgələrdən Bakıdakı universitetlərə qəbul olunan tələbələrin paytaxta axını müşahidə olunur. Onların çoxu kirayə ev axtarır.

Lakin hər il tədris ilinin başlanmasına az qalmış Bakıda tələbənin cibinə münasib qiymətə kirayə ev tapması çətinləşir. Bəs, hazırda kirayə mənzil bazarında vəziyyət necədir?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, hazırda kirayə mənzil axtaranların sayında artım müşahidə olunur.

"Avqust-sentyabr aylarında kirayə ev axtaranların sayının çox olması kirayə evlərə tələbatı artırır ki, bu da mənzil bazarında bahalaşmaya səbəb olur. Ali təhsil müəssisələrində təhsil alan, regionlarda yaşayan tələbələrin Bakıya axını bunu gözlənilən edir. Digər səbəb isə kirayə əmlak bazarında ev tapmaq çətindir", - deyə ekspert vurğulayıb.

O qeyd edib ki, kirayə qiymətlərinin ənənəvi olaraq avqustun sonu sentyabrın əvvəllərindən başlayaraq kirayə bazarında qiymət bahalaşması müşahidə olunur:

"Buna müvəqqəti artım da demək olar, çünki tələb birdən birə çoxalır, təklif isə azalır. Bahalaşma oktyabra qədər davam edəcək. Sonra isə qiymətlərin səngiyəcəyi gözlənilir. Ötən dövrlərdə minimum kirayə ev qiymətləri 200-250 manat idisə, hazırda bu məbləğ 300 manat təşkil edir. Bir otaqlı mənzillər minimum 300, ikiotaqlılar 450, üçotaqlılar isə 500 manatdan başlayaraq kirayə təklif olunur”.

Onun sözlərinə görə, ərazi baxımından da kirayə mənzil qiymətləri arasında fərqlər var.

"Əsasən, metro stansiyalarına yaxın ərazilərdə yerləşən bina evlərinin qiyməti kənar ərazilərdə yerləşən mənzillərin aylıq ödəniş haqqından 20% bahadır. Qiymətin yüksək olduğu ərazilər, Nərimanov Yasamal, Nəsimi, Səbail və Nərimanov rayonlarıdır. Digər Nizami, Xətai, Sabunçu, Qaradağ rayonlarında isə kirayə mənzil və fərdi yaşayış evinin qiymətləri nisbətən daha aşağıdır", - deyə o, əlavə edib. (Trend)

Xəbər 2966 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +