Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


01.06.2023  12:22 

Pulum var, istərəm sevərəm, istərəm döyərəm...





A+  A-

Çox oxumaqla deyil. Heç çox yaşamaqla da deyil. Məsələn, mənim yaşım az deyil, ömür vəfa etsə, bu gün-sabah yarım əsri geridə qoyacam. Oxuduğum kitabların sayı da az deyil. Amma elə mətləblər var ki, bu günə kimi ondan xəbərsiz olmuşam.

Bu dəfə günahımdan keçin...

Dünən bilmişəm ki, Azərbaycanda Razi Əliyeva adlı model varmış. Sən demə, bu modelin Ziya adlı sevgilisi də varmış. Ziyanın çoxlu pulu, həm də vuran əli varmış. Razinin yaydığı şəkillərdən aydın olur ki, Ziyanın işi-gücü onu çırpmaq imiş. Bəs bir qadını döymək haqqını ona kim verib?

Dünən bu sualın cavabını da öyrəndim. Jurnalist həmkarlarımın yazdığına görə, Ziya Raziyə 230 min manatlıq maşın alıb. Vəziyyət təxminən belədir: Pulum var, istərəm sevərəm, istərəm döyərəm...

Bu söhbət ürəyimi bulandırmasaydı, sizə daha çox məlumat verə bilərdim. Mənim, sizin kimi sadə, təvazökar insanların bu mövzuda bilmədiyi o qədər məqamlar varmış...

Tamaşaçıların Tolik kimi tanıdığı jurnalist Tarix Əliyev dünən canı efirdə deyib. Bəli, məhz belə deyib: "Razi cavan qızdır, kasıb təbəqə bunu bilməz, varlı təbəqəyə aid olan oğlanlar gecələr Bakının ən bahalı klublarında əylənirlər və bu qızlar da əylənməyə oraya gedirlər. Çünki onlar elit təbəqə sayılırlar. Sən qıza 230 minlik maşın almısan, bu maşını alanda, onu müxtəlif ölkələrdə gəzdirəndə qabaqkı taleyini bilmirdin?"

Tolik daha sonra lap açıq danışıb. Elə belə də deyib: "Ay qardaş, hansı məntiqlə barda tanış olduğun qızdan abır, əxlaq gözləyirsən? Əgər ağıllı qız olsaydı, ona 230 minlik maşın alardın? Mənə bir qadın göstərin ki, kimsə oturduğu yerdə ona 50 minlik maşın versin. Heç vaxt belə şey ola bilməz! Belə maşınlar ancaq gecə klublarında olan adamlara hədiyyə olunur”.

Azərbaycanda onlarla şair, yazıçı var ki, əl boyda kitabını çap etdirmək üçün illərlə sponsor axtarır. Azərbaycanda yüzlərlə gənc var ki, pullu ixtisasa düşdüyü üçün ali təhsil ala bilmir. Azərbaycanda minlərlə xəstə var ki, pulsuzluqdan həkimin yazdığı reseptə baxa-baxa ömrünü ağrı-acı içində başa vurur. Özünü varlı, imkanlı sayan, bar qızlarıma bahalı maşın alan iş adamlarının çoxu həmin insanlara beş-üç manat yardım etmir, hətta bunu ağıllarının ucundan belə keçirmirlər.

Dünən də yazmışdım: "Təəssüf ki, Azərbaycanda milli burjuaziya formalaşmayıb. Bu proses çox ləng gedir. Ordan-burdan 5 manat oğurlayanlar, büdcəni talayanlar milli burjuaziya sayıla bilməz. Bu adamlar asan yolla pul qazandıqları üçün onun qədrini bilmirlər. Azərbaycanda bəzi kişilər varlanan kimi məşuqə saxlamağa can atır...”

Bar qızlarının evdar qızlardan hörmətli olduğu bir dövrə gəlib çıxdıq.

Çox yaşamaq da bir şey deyil...

Seymur VERDİZADƏ
Yenisabah.az-ın Baş redaktoru


Xəbər 1106 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +