Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?


05.12.2021  23:18 

Ukrayna xalqının Ərdoğan sevgisi - SƏBƏB?





A+  A-

Bu saat Ukraynada "Daha çox hansı əcnəbi liderə rəğbət bəsləyirsiniz?", deyə rəy sorğusu keçirilsə, heç kim Baydenin və ya Makronun adını səsləndirməz. Az qala bütün ukraynalılar birmənalı olaraq Rəcəb Tayyib Ərdoğanın adını çəkəcəklər.

Bəli, hazırda Ukrayna insanı Türkiyə prezidentinə qarşı böyük bir heyranlıq duyur.

Bu da səbəbsiz deyil.

Bildiyiniz kimi, bu günlərdə bir sıra nüfuzlu Qərb KİV-ləri Rusiyanın dekabrın 25-də və ya yanvar ayında Ukraynaya hücum edəcəyi barədə öncəgörmələrlə çıxış edirlər.
Donbas ətrafında ehtirasların gündən-günə daha da qızışdığı hazırkı məqamda müharibənin başlanması ehtimalı həqiqətən də çox yüksəkdir (hərçənd ki, buna əks fikir səsləndirənlər də az deyil).

Bu arada xəbərləri böyük bir həyəcanla izləyən sıravi ukraynalılar isə müharibənin başlayacağı təqdirdə hansı ölkənin Ukraynaya real dəstək verəcəyi, kimin kömək edəcəyi barədə müzakirələr apararkən ilk başda ABŞ-ın və ya Allmaniyanın, Fransanın yox, məhz Türkiyənin adını çəkir, Ərdoğanın onları tək qoymayacağını bildirirlər.

Çünki müşahidələrdən də göründüyü kimi, ABŞ və onun NATO üzrə bir çox müttəfiqlləri Ukraynaya hələlik yalnız sözdə dəstək verir, siyasi bəyanatlar səsləndirməkdən, Rusiyanı hədələməkdən o yana keçmirlər. Real olaraq heç bir Qərb ölkəsi Ukraynaya nəzərəçarpacaq miqyasda silah ixrac etmir, satmır. Onlar hələ ki, Ukraynanı sadəcə qaza gətirməklə məşğuldurlar.

Türkiyə isə yeganə NATO üzvüdür ki, Ukraynaya həm "Bayraktar" PUA-ları satır, həm də digər hərbi əməkdaşlıqları həyata keçirir.

Və ən maraqlısı da budur ki, bu günlərdə Türkiyənin Ukraynaya rəsmi açıqlanandan daha çox “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları satdığı məlum olub. Sən demə, Türkiyə Ukraynaya 6 dənə yox, hardasa 30-a yaxın "Bayraktar" dronu satıb. Bu isə Donbasda situasiyanı Ukraynanın xeyrinə kökündən dəyişə biləcək çox ciddi bir faktordur.

“Bloomberg”in açıqladığı bu məlumat son iki gündə Kremli əməlli-başlı qəzəbləndirib.
Sosial şəbəkələrdə rəy yazan ukraynalılar isə bu xəbərdən məmnunluqlarını ifadə edir və Türkiyə prezidentinin ünvanına "Ərdoğana eşq olsun!", "Ərdoğan mərd insandır, cəsur liderdir" kimi fikirlər bildirirlər.

Ərdoğanın Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək təklifinin Kreml tərəfindən nümayişkaranə surətdə geri çevrilməsindən sonra hazırda rəsmi Ankara Ukraynaya daha sıx dəstək verilməsi planları üzərində işləyir.

Bax belə.

Gördüyümüz kimi ukraynalıların Ərdoğana simpatiyası heç də səbəbsiz deyil.

Bəybala Mirzəyev

Xəbər 1270 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.07.2024  17:32 

Ozan Akbaba Bakıya gəlib -Foto

10.07.2024  17:16 

Hüseyn Həsənov Rusiyadan qaçıb

09.07.2024  07:10 

Tanınmış meyxanaçı vəfat edib

01.07.2024  16:20 

Damla İranda konsert verib -Video


BÜTÜN XƏBƏRLƏR +