Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


07.09.2024  18:57 

Qıcqırmış salat, gömgöy kəsmik.. - “Araz“da vaxtı keçmiş məhsullar satılır - ŞİKAYƏT





A+  A-

"Araz" supermarketlərində vaxtı keçmiş məsullar satılır.

Xəzərnews.az xəbər verir ki, bu barədə Bakupost.az -a vətəndaş Rüstəm Rüstəmov şikayət edib.

Şikayətçinin sözlərinə görə, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 58 ünvanında yerləşən "Araz" marketdən kəsmik və salat alıb. Evə gəldikdən sonra məhsulların vaxtının keçdiyini və onların qıcqırdığını görüb:

"Dünən axşam işdən gələrkən bazarlıq etdim. Marketdə olarkən aldığım kəsmik və salatın tarixinə baxmadım. Evdə salatı yemək istəyəndə gördüm ki, qıcqırıb. Həmin axşam düşub məhsulu qaytardım. Səhər isə kəsmiklə çay içəndə kəsmiyin gömgöy olduğunu gördüm. İşə gedəndə "Araz"a girib mühafizəçiyə verdim. Axşam qayıdarkən məndən məhsulun qəbzini istədilər. Bildirdim ki, qəbz sizdədir. Üzrxahlıq edib, ödənişi qaytarmaq istədilər. Lakin əsəbiləşib pullu belə götürmədim".

Şikayətçi bununla bagli AQTA-ya müraciət edib:

"Dəfələrlə başıma belə hadisə gəlib. Başa düşə bilmirəm, işçilər hara baxır?! Piştaxtalara niyə nəzarət olunmur?! Ötən günlərdə də balıq almışdım. O da xarab çıxmış, hətta iylənmişdi. Evdə uşaqlar var, yeyib zəhərlənsələr, kim cavab verəcək?!".

Məsələ ilə bağlı "Araz" supermarketinə sorğu ünvanladıq. Hələlik cavab yoxdur.

Qeyd edək ki, son vaxtlar redaksiyamıza “Araz” supermarketində tez-tez oxşar məzmunlu şikayətlər daxil olur.


Bir müddət öncə 20-ci sahə dairəsi yaxınlığındakı "Araz" supermarketdə alış-veriş edən alıcı Bakupost.az -a 2.99 AZN-ə xurma aldığını, evə getdikdəın sonra xurmada gözlə aydın seçilən ağ qurdlar aşkar edildiyini bildirmişdi. O, bununla bağlı görüntüləri də redaksiyamıza təqdim etmişdi. Bakupost.az -ın məsələ ilə bağlı hazırladığı materialdan sonra həmin xurmalar "Araz" supermarketdə satışdan yığışdırılmışdı.









Xəbər 4255 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +