Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


18.05.2019  12:17 

Azərbaycanlılar ən çox bu ölkəyə gedir





A+  A-

Dövlət Statistika Komitəsi Azərbaycan vətəndaşlarının hansı ölkələrə səyahət etdiyini açıqlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu ilin yanvar-aprel ayları ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 1 milyon 636,4 min nəfər olub.

Ölkə vətəndaşlarının 39,2 faizi İrana, 27,2 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə gedib. Gedənlərin 66,6 faizi kişilər, 33,4 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 79,7 faiz, Gürcüstana gedənlərin sayı 10,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,0 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,2 faiz artıb.

Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,7 faizi dəmir yolu və avtomobil, 15,4 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

Xəbər 1192 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +