Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


18.04.2018  13:09 

Bu şəxslər “Whatsapp“a GİRƏ BİLMƏYƏCƏK





A+  A-

Məşhur “Whatsapp“ messencerinin istifadəçilərə daha bir yenilik gətirəcəyi ilə bağlı məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, messencerin qaydalarına dəyişiklik ediləcəyi və istifadəçilər üçün yaş məhdudiyyətinin 13 yaşdan 16 yaşa qədər artırılacağı ilə bağlı məlumat yayılıb. Sözügedən qaydaların may ayının 25-dən etibarən Avropa ölkələrində tətbiqinə start veriləcəyi də deyilir.

Qüvvəyə minəcək olan GDPR (General Data Protection Regulation - Ümumi Məlumat Qoruma Qanunu) adlı məlumat qoruma sistemi texnologiya şirkətlərini Aİ ölkələrindəki göstərici praktikalarını böyük ölçüdə dəyişməyə məcbur edəcək.

Yeni versiyanın aktivləşdirilməsi ilə 16 yaşından kiçik olan şəxslərin Vatsap messecerindən istifadəsi qadağan olunacaq. Hazırda isə bu məhdudiyyət 13 yaş olaraq müəyyənləşdirilib. Bütün bunlar, eləcə də digər dəyişikliklər Vatsapın təzələməyə hazırlandığı istifadə şərtlərinin yayımlanması ilə hər kəsə bəlli olacaq.

Bundan başqa Feysbuk sosial şəbəkəsinin İcraçı Direktoru Mark Zukerberq ötən həftə ABŞ Senatında verdiyi ifadələrində əhəmiyyətli bir mövzuya toxunub. O bildirib ki, qanunlar mövzusunda işini şansa buraxmayacaq və Avropa miqyasında istifadəçilərin şəxsi məlumatlarını GDPR sistemi qoruyacaq.

Xəbər 1596 dəfə oxunub.




18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +