“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


03.10.2017  12:25 

YAP-çı gənclərə mənzillə bağlı güzəşt olacaq - Bina hazırdır





A+  A-

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi münasibətilə Bakının Heydər Əliyev prospektində yeni mərkəzi qərargah inşa olunub.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Modern.az-a açıqlamasında deyib.

“Hazırda binada son tamamlama işləri görülür. Yeni inşa olunan binanın açılışı bu ilin axırlarında baş tutacaq. Bu bina arxitektura və funksional cəhətdən şəhərə yaraşıq verən müasir tipli binadır”.

Deputat qeyd edib ki, Bakının Səbail rayonu ərazisində, jurnalistlərin binasının yaxınlığında hakim YAP işçiləri üçün yaşayış binası da inşa edilib.

“İpoteka krediti vasitəsilə YAP işçilərinə, xüsusilə də partiya sıralarında olan gənclərin sosial vəziyyətinin yaxşılaşdırmaq üçün belə bir şərait yaradılıb. Biz bununla bağlı cənab Prezidet İlham Əliyev başda olmaqla, YAP-ın icra işçilərinin hər birinə təşəkkür edirik”.

Qeyd edək ki, YAP-ın hazırkı mərkəzi qərargahı “Sahil” bağı ilə üzbəüzdə yerləşir.

Xəbər 1208 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +