Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


14.02.2023  23:06 

Divar üzərimizə aşmasa, bizə ölüm yoxdur...





A+  A-

Zəlzələ fəlakətinin ən böyük səbəblərindən biri də kasıbçılıqdır. Çünki kasıb adam özünə normal ev tikmir, mənzil almır, buna imkanı olmur onun.

Kasıb sadəcə başını soxmağa yer axtarır. Qəzalı, qəzasız, davamlı, davamsız ona fərq etmir. Təki başının üstündə bir damı olsun. O damın günlərin bir günü başına uça biləcəyi barədə düşünmək belə istəmir. Daha doğrusu, bunu fikirləşməyə qorxur.

2000-ci il Bakı zəlzələsini hamliə həyat yoldaşımla 7-ci mərtəbədə, qaynatamgildə qarşılamışıq. O, bərk qorxduğu üçün oğlum dünyaya beyindaxili təzyiqlə gəldi. O vaxt vəziyyət indikindən qat-qat çətin idi.

Sizə bir həqiqəti də deyim ki, kasıblıq, ehtiyac insanı həm də qorxaq edir.

Azərbaycanlıların qorxaq olmasının bir səbəbi də yoxsulluqdur. Bu hadisədən sonra rayona getdik. Məndə "çilçıraq sindromu" yaranmışdı. Yəni hara gedirdimsə, daim çilçırağa baxırdım, xüsusilə də bina evlərində.

Kasıbçılıq bir müddət sonra mənə atamın sovet vaxtı rayonda 12 sot torpaqda tikdiyi ikimərtəbəli, 4-otaqlı, altı-üstü aynabəndli evini satmağa məcbur etdi. Çox axtarandan sonra o evin puluna Hövsanda cəmi 1 otaq ala bildim ki, o da 9-cu mərtəbədə.

Mən o evdə bir gecə də rahat yata bilmədim, gözlərim elə hey qaldı lüsturda. İki ildən sonra oranı satıb, torpaq sahəsi aldım və balaca, birmərtəbəli bir ev tikdirdim. Pul az olduğu üçün nə yaxşı usta tuta bildim, nə evin fundamentinə, kürsüsünə əməlli-başlı beton tökdüm. Elə birtəhər tikib üstünü örtdüm ki, tez başımızı soxaq altına. Bir müddət sonra bir divarında çat əmələ gəldi. Zəlzələsiz-filansız. Sonradan bir usta tapıb, təmir etdirdim. Ancaq çatın nəyini təmir edəcəksən, bir balaca silkələnmə olsa, yəqin aralanacaq...

Yaşadığım ərazidə onlarla çatlaq ev var. Çünki buralar qayalıq olduğundan çoxları evi fundamentsiz tikir. Armatur, sement baha olduğu üçün heç kəs dövrələmə beton tökmür, ancaq pəncərələrin üstünü betonlayırlar. Çoxusu heç onu da edə bilmir. Üç dənə armaturu, ya da 2 uqolniki yan-yana qoyur, onun üstündən kubik daşlarını düzürlər. İnanın ki, çox adam evi heç sementlə də hörmür. Daşların arasına gil tökürlər, bildiyiniz adı palçıq. Yəni möhkəm bir çiyin vursan aşar.

Buradakı insanların ən böyük ümidi onadır ki, zəlzələ olsa, özlərini tez həyətə ata biləcəklər. Ev uçsa, daşların altında qalsaq belə, bizi çıxarmağa ağır texnika-filan lazım olmayacaq. Birmərtəbəli evin altında qalan insanı, daşları əllə kənara ataraq da çıxarmaq olar. Ən böyük ümid yeri də odur ki, tavanımız daşdan, betondan yox, yüngül materiallardan - fanerdən, alçıpandandır. Divar üzərimizə aşmasa, bizə ölüm yoxdur...

Bina alan kasıbların işi daha çətindir. Birtəhər 5-10 min tapıb ilkin ödəniş edir, qalanını da 15-20 ilə verirlər. Həyət evindən ikiqat baha başa gəlsə də, zəlzələ olacağı təqdirdə Türkiyədəki kimi qurtulmağa heç bir güman yoxdur.

Nadir Qocabəyli

Xəbər 1264 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +