Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


28.02.2017  18:15 

Sabahdan gömrükdə nəzarət güclənəcək





A+  A-

Martın 1-dən etibarən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Prezidentinin 21 may 2016-cı il tarixli 918 nömrəli fərmanı ilə Dövlət Gömrük Komitəsinin üzərinə qoyulan vəzifələrin icrasına başlanılacaq.
XəzərNews.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin fərmana əsasən gömrük orqanlarına verilən səlahiyyətlər müvəqqəti idxal və ixrac gömrük proseduru ilə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin daha da gücləndirilməsinə imkan verəcək.

Beləliklə, fiziki şəxslər tərəfindən müvəqqəti gətirilən və ya aparılan mal və ya nəqliyyat vasitələrinin vaxtında qaytarılması gömrük orqanları tərəfindən ciddi nəzarətə götürüləcək. Fiziki şəxslər gömrük orqanları qarşısında götürdükləri öhdəliyi yerinə yetirmədikləri, yəni müvəqqəti gətirdiyi və ya apardığı mal və ya nəqliyyat vasitələrini vaxtında qaytarmadıqları halda, sərhədkeçmə zamanı məhdudiyyətlə üzləşəcəklər.

Fərmanın icrası ilə əlaqədar mövcud normativ hüquqi aktlarda müvafiq dəyişikliklər aparılıb və bu dəyişikliklər ölkəmizə turist axınının artmasına mane olan halların aradan qaldırılmasına ölkəmizə səyahət edən turistlərin sayının artmasına da şərait yaradacaq.



Xəbər 3590 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +