Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


15.02.2017  12:19 

15 mindən çox qida və qeyri-ərzaq məhsulu dövlət qeydiyyatına alınıb





A+  A-


2016-cı il ərzində Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na uyğun olaraq hüquqi və fiziki şəxslərin müraciətləri əsasında ərzaq və qeyri-ərzaq məhsullarından götürülmüş nümunələr laborator müayinələrə cəlb edildikdən sonra dövlət gigiyena qeydiyyatına alınıb.

XəzərNews.az-ın xəbərinə görə, Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-gigiyena şöbəsinin müdiri Novruzi Saleh bildirib ki, ötən il laborator müayinələrdən keçəndən sonra dövlət qeydiyyatına alınan qida məhsullarının sayı 10 998, qeyri-ərzaq məhsullarının sayı isə 4484 olub.

Onun sözlərinə görə, ərzaq və qeyri-ərzaq məhsulları fiziki və hüquqi şəxslər tərəfindən gətirilir. Şöbə müdiri vurğulayıb ki, ölkəyə gətirilərək dövlət qeydiyyatına alınanlar arasında uşaq qidaları, ət məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, yağlar, müxtəlif qənnadı məhsullar üstünlük təşkil edir: “Türkiyə, Rusiya, Ukrayna, habelə Almaniya, Fransa, İtaliya və digər ölkələrdən gətirilən məhsullar daha çox olur. Məsələn, bu gün ət məhsulları ən çox Rusiya, Ukrayna, Braziliya, ABŞ, Kanada, ətirlər Çexiya, Fransa, Polşa və Türkiyədən gətirilir”.  

N. Saleh əlavə edib ki, dövlət gigiyena qeydiyyatına alınan məhsullar haqda məlumat Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) yerləşdirilir. Onun sözlərinə görə, bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə tam məlumat olur.



Xəbər 2073 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +