Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


21.02.2024  17:49 

Mənə “Can, qurban olum“ deyənlərin...-Sevda Əliqızı





A+  A-

"Bu xəstəliyim mənim üçün çox böyük bir dərs oldu. Hamını yaxından tanıdım. Hətta deyərdim ki, çox yaxşı tanıdım. Mənə "Can, qurban olum" deyənlərin heç zəngini belə eşitmədim. Onların heç adlarını belə çəkmək istəmirəm. Bu sözlərimi eşidib özləri kimi nəzərdə tutduğumu biləcəklər. Bu hadisələr mənə çox pis təsir etdi".

Xəzərnews.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Əliqızı "Səhərin dəmi" verilişində deyib.

Sənətçi bildirib ki, əməliyyat olunandan sonra bir çox sənət dostları nə zəng edib, nə də ki, ona xəstəxanada baş çəkib:

"Xəstəxanada yatanda ağlımın ucundan keçməyən insanlar mənə baş çəkdilər. Amma o insanlardan ki, gözləyirdim mənə zəng edəcəklər və ya xəstəxanaya gəlib baş çəkəcəklər, onlardan bir xəbər də olsa, çıxmadı. Mənə yaxın olanlar, əslində çoxdur. Amma yenə də deyirəm, onların adlarını çəkmək istəmirəm. Mən 45 ildir ki, bu sənətdəyəm. Onlar özləri anlayırlar... Onlar özləri çox yaxşı bilirlər".

Qeyd edək ki, ötən ilin sonunda süd vəzinin onkoloji xəstəliyindən əziyyət çəkən müğənni Sevda Əliqızı əməliyyat olunmuşdu.//Bizim.media


Xəbər 863 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +