Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


20.02.2024  10:52 

Kim sizi məcbur edir ki, o videonu yayasınız? - Etiraz





A+  A-

Sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülər ciddi müzakirələrə səbəb olub. Yayılan qeyri-etik görüntülərdən sonra məktəb də hədəfə alındı və tənqid atəşinə tutuldu.

Xəzərnews.az xəbər verir ki, Əməkdar jurnalist Azər Həsrət bu tip məsələlərdə hər dəfə günahın məktəbin üzərinə yıxılmasına etiraz edib:

“Yenə məktəbin adı hallandırıldı! Üstəlik də bütün təhsil sistemi hədəfə alındı! Nə imiş? Hansısa əxlaqsız ailənin qızları bir qızı sıxışdırıb, alçaldıb, bunu videoya çəkərək sosial mediada paylaşıb! Hadisə də məktəbdən kənarda baş verib. Videoya çəkilən qız isə ümumiyyətlə məktəbli deyil! Yəni hadisənin yaxından-uzaqdan məktəbə dəxli yoxdur! Amma kimə deyirsən? Hamı düşüb məktəbin, hətta bütövlükdə təhsil sisteminin üzərinə!

İndi hansısa ailə öz uşağına tərbiyə verə bilmirsə, məktəb nə etsin? Ölkədə milyonlarla şagird və tələbə var. Yəni bu qədər yeniyetmə və gəncin ailəsinə görə məktəb – təhsil sistemi məsuliyyət daşımalıdır? Bunun məntiqini kim izah edə bilər mənə?”

A.Həsrət sözügedən görüntüləri tirajlayanları da sərt şəkildə qınayıb:

“Hər şey bir yana, bu olayı qınayan hər kəs də o videonu paylaşır! Guya ki, ürəkləri yanır! Guya ki, problemə sərt reaksiya verirlər ki, belə hallar olmamalıdır!

Manyaksınız siz? Əgər doğrudan da o hadisəni pisləyirsinizsə, videonu niyə tirajlayıb daha da geniş yayılmasına və yayanların məqsədinə çatmasına kömək edirsiniz? Kim sizi məcbur edir ki, o videonu yayasınız?

Biləsiniz ki, o cür halların baş verməsində həm də bu videoları istənilən ad altında tirajlayanlar da məsuliyyət daşıyır! O cür uşaqlar, gənclər yetişirsə, buna görə yalnız onların ailəsi deyil, həmin əməlləri tirajlayanlar da eyni dərəcədə məsuliyyətə cəlb edilməlidir!”

Xəbər 1426 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +