Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


27.03.2018  16:35 

Cavanşir Paşazadədən sərt cavab: “Azərbaycanda nifaq salmağa çalışırlar”





A+  A-

11 aprel tarixində keçirləcək seçkilərdə iştirak edəcək prezidentliyə namizədlər həftənin birinci, ikinci və üçüncü günləri İctimai TV-də debata çıxırlar.
Dünənki debatda Azərbaycan Demokrat Partiyasının (ADP) prezidentliyə namizədi Sərdar Cəlaloğlu (Məmmədov) çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə ilə bağlı sərt açıqlaması ilə diqqət çəkib. Şeyxin Qubada 100 hektara yaxın torpaq sahəsini zəbt etdiyini və orada geni dəyişdirilmiş meyvə ağacları yetişdirdiyini söyləyib.

XəzərNews.az bildirir ki, Modern.az saytı şeyxin qardaşı, deputat Cavanşir Paşazadə ilə əlaqə saxlayaraq, ondan ADP sədrinin ittihamlarına cavab istəyib. C.Paşazadə deyib ki, mətbuata bununla bağlı geniş açıqlama vermək fikri yoxdur.

“Sadəcə onu deyə bilərəm ki, bu cür adamlar seçkiqabağı ölkədə mənfi imic formalaşdırmaq istəyirlər. Daxildə nifaq salmağa çalışırlar. Bu cür fikirlərin əsası yoxdur. Boş-boş söhbətlərdir. Ümumiyyətlə, bu cür insanların fikirlərinə mətbuatda geniş cavab vermək fikrim yoxdur. Belələri nə gəldi danışırlar. 100 hektar, 500 hektar və daha nələr... Bir sözlə, Sərdar Cəlaloğlu həqiqətə uyğun olmayan, əsassız fikirlər danışır”...

Xəbər 1647 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +