Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


05.06.2018  16:39 

Daha bir vəzifəli şəxs İTV-dən ayrıldı





A+  A-

Tanınmış teleaparıcı Vəsilə Vahidqızı İctimai Televiziyada (İTV) tutduğu vəzifədən - şöbə müdiri postundan ayrılıb.
XəzərNews.az xəbər verir ki, xəbəri modern.az-a V.Vahidqızı özü də təsdiqləyib. O, İTV-də ştatdan çıxdığını bildirib:

"Mən ümumiyyətlə Diasporla iş üzrə Dövlət Komitəsində işə başladığım üçün İTV-də ştatdan çıxmışam”.

Bu yaxınlarda Diasporla iş üzrə Dövlət Komitəsinə mətbuat katibi təyin edilən V.Vahidqızı İTV-də layihə müəllifi olaraq veriliş aparacağını deyib.

Qeyd edək ki, Vəsilə Vahidqızı 1992-2002-ci illərdə AzTV, 2002-2003-cü illərdə "İnternyus-Azərbaycan" İctimai Birliyində, 2004-cü ildə "Space" TV-də çalışıb.

İctimai Televiziya fəaliyyətə başladığı 2005-ci ildən bu telekanalda çalışıb.

İctimai Televiziyada Anons şöbəsinin rəisi, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub.

Xəbər 1436 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +