Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


28.11.2017  09:46 

Azərbaycan məktəblərinin müəllim PROBLEMİ





A+  A-

Azərbaycanda orta ixtisas təhsili ilə orta məktəblərdə dərs deyənlər daha çox ingilis dili müəllimləridir.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, dövlət və qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində işləyən ingilis dili müəllimlərinin 21,6 faizi orta ixtisas təhsillidir.

Orta ixtisas təhsili ilə dərs deyən müəllimlərin siyahısında 2-ci yerdə informatika müəllimləri dayanır. Orta məktəblərdəki informatika müəllimlərinin 8,9 faizi orta ixtisas təhsili ilə bu fənni tədris edir.

Biologiya müəllimlərinin 2,6 faizi, rus dilində dərslər keçirilməyən məktəblərdə (siniflərdə) dərs deyən rus dili və ədəbiyyatı müəllimlərinin 1,9 faizi, rus dilində dərslər keçirilən məktəblərdə (siniflərdə) dərs deyən rus dili və ədəbiyyatı müəllimlərinin 1,5 faizi, ana dili və ədəbiyyat müəllimlərinin 1,3 faizinin təhsili orta ixtisas səviyyəsindədir.

Ümumilikdə 2016-cı ildə Azərbaycanın orta məktəblərində 155448 müəllim çalışıb ki, onların da 77,9 faizi qadındır. Müəllimlərin 20,3 faizi pedaqoji orta ixtisas təhsilli olub.

Xəbər 1450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +