Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


15.03.2023  13:45 

Aygün Əliyeva Tatyana Valovaya ilə görüşüb





A+  A-

BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktoru xanım Tatyana Valovaya ilə görüşüb.

XəzərNews.az xəbər verir ki, Agentliyin icraçı direktoru Aygün Əliyeva Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı eyni zamanda, Agentliyin bu istiqamətdə BMT-nin müxtəlif təsisatları ilə əməkdaşlıq etdiyini vurğulayıb. Davamlı İnkişaf Məqsədlərinin əldə olunması istiqamətində Agentliyin BMT-nin rezident əlaqələndiricisi ilə memorandum imzaladığını və bu çərçivədə vətəndaş cəmiyyəti təsisatlarının fəallığını qeyd edib.

Baş direktor isə, öz növbəsində, Agentliyin nümayəndə heyətini Cenevrədə görməkdən məmnun olduğunu və gələcəkdə BMT təsisatları ilə Agentliyin əməkdaşlığının Azərbaycan vətəndaş cəmiyyəti üçün müsbət nəticələr verəcəyinə əminliyini bildirib.



Xəbər 821 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +