Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


08.03.2019  20:37 

“Roma”nın yeni baş məşqçisi məlum oldu





A+  A-

“Roma”da Eusbeio Di Françeskodan boşalan baş məşqçi postuna yeni təyinatı həyata keçirib.
XəzərNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi italyan mütəxəssis Kladuio Ranyeri ilə anlaşıb.

Müqaviləyə əsasən, 67 yaşlı baş məşqçi mövsümün sonuna - 30 iyun 2019-cu ilə qədər “Roma”nı çalışdıracaq.

O, klubun saytına verdiyi açıqlamada yeni "Roma"ya qayıtdığı üçün xoşbəxt olduğunu bildirib:

“Qarşıda 12 oyun var. Əsas məqsədimiz mövsümü ilk 4 pillədə başa vurmaq və Çempionlar Liqasına vəsiqə qazanmaqdır”.

Xatırladaq ki, Ranyeri 2009-2011-ci illərdə də “Roma”nı çalışdırıb. Onun son iş yeri “Fulhem olub. O, uğursuz nəticələrə görə 1 həftə öncə İngiltərə təmsilçisindən qovulub.

Qeyd edək ki, “Roma” hazırda İtaliya A Seriyasında 44 xalla 5-ci pillədədir və 4-cü pillədəki “İnter”dən 3 xal geri qalır.

Xəbər 1342 dəfə oxunub.




27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +