“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


14.12.2021  14:57 

Kim təkrar seçkiyə qatılır?





A+  A-

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında Milli Məclisdə boş qalan dairələrə yaxın vaxtlarda seçkilərin keçiriləcəyini deyib. MSK sədri bildirib ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı nəticələri ləğv olunan 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən lider namizəd, “Müsavat Media Qrup”un rəhbəri Rauf Arifoğlu yenidən seçkilərə qatılmaq fikrində olduğunu deyib:

“Seçkilər təyin olunsun, vaxt dəqiqləşsin, zamana görə reaksiyamızı bildirərik. Bəli, seçkilərə qatılmaq fikrim var. Amma Məzahir Pənahov zamanla bağlı dəqiq açıqlama verməyib. Təxminən 2 ildir bunu deyir, mənim Məzahir Pənahova etimadım yoxdur”.

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən əsas namizədlərdən hesab olunan Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə bildirib ki, Prezident seçkilərlə bağlı fərman verdikdən sonra, qərarını açıqlayacaq:

“Mən siyasi mübarizəni fərd olaraq aparmıram. Mən siyasi mübarizəni bir siyasi institutun, bir partiyanın siyasəti çərçivəsində aparıram və onun sözçüsüyəm. Ona görə də mən qərarları fərdi qəbul etmirəm. Seçki haqqında Prezident fərman verəcəksə, o fərmandan sonra partiyanın səlahiyyətli qurumları ilə bunu müzakirəyə çıxaracağıq və qərar nə olacaqsa, mən onu qəbul edəcəm. Düzdür, bu seçki mütləq olacaq. Amma vaxt müəyyən olunandan sonra biz partiya olaraq qərarımızı bildirəcəyik”.

Ağ Partiyanın sədri Tural Abbaslı qeyd edib ki, Ağ Partiyanın Azərbaycanda keçiriləcək bütün seçkilərdə iştirak etməklə bağlı qərarı var:

“İdarə heyətinin qərarına görə boykot sessiyası bizdə ümumiyyətlə yoxdur. İstənilən halda, seçkinin ya demokratik, ya da əvvəlki kimi antidemokratik keçirilməsindən asılı olmayaraq prosesdə iştirak edəcəyik. Tutaq ki, orada hər hansı bir saxtakarlıq olarsa da, onun ifşası üçün belə prosesin içində olmaq önəmlidir. Ona görə biz heç vaxt boykotun tərəfdarı olmamışıq. Təbii ki, iştirak edəcəyik. Yəqin ki, Ağ Partiya olaraq bütün dairələrdə namizədlə çıxış edəcəyik. Düzdür, hələ tarix, vaxt bilinmir, qeyri-müəyyən bir ifadə işlənilib və bunu da doğru hesab etmirəm. Çünki Məzahir Pənahov Seçki Komissiyasının bir nömrəli adamıdı, bir tarix, bir ay, ən azından bir fəsil deyə bilərdi. Məzahir Pənahovun iqtidar daxilində siyasi qərarlar vermək statusu olmadığı üçün, iqtidar daxilində siyasi səlahiyyətli şəxslərdən bu ifadələri eşitsək daha inandırıcı olar. Amma ümumilikdə seçkilər mütləq keçiriləcək”.

Xəbər 1325 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib

18.10.2024  16:33 

Balakəndə yol qəzası olub

17.10.2024  13:00 

Türkiyədə güclü zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +