08.02.2017 11:09
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.
XəzərNews.az-ın məlumatına görə, ilk oyun günündə çempionluğa əsas namizədlər - "Qəbələ" və "Qarabağ" klubları növbəti ev oyunlarına çıxacaqlar.
"Qəbələ"nin rəqibi sonuncu pillədə qərarlaşan "AZAL"-dır. "Qırmızı-qaralar" ilk dövrədə "təyyarəçilər"i öz meydanında Filip Ozobiç, Ruslan Qurbanov və Roman Hüseynovun qolları ilə məğlub etsə də, səfərdə paytaxt təmsilçisinin müqavimətini qıra bilməyib. Üstəlik, qolsuz başa çatan həmin görüşdə hisslərini cilovlaya bilməyən baş məşqçi Roman texniki zonadan kənarlaşdırılıb. Nəticədə 1 oyunluq cəzaya məruz qalıb.
Ukraynalı mütəxəssis yenə də cəzalıdır. O, ötən tur "Neftçi"nin məşqçisi Aleksandr Deriberinlə mübahisəyə görə texniki zonadan uzaqlaşdırıldığından, AZAL-la dueli tribunadan izləyəcək. Qriqorçukun yoxluğunda "Qəbələ"ni meydana köməkçisi Sənan Qurbanov çıxaracaq. Əyalət təmsilçisi bu oyunda xal qazanacağı halda, ən azı bir neçə saatlığa liderliyə yüksələcək. Hazırda "qırmızı-qaralar"ı ilk pillədəki "Qarabağ"dan 1 xal ayırır.
Ağdam komandası da özü üçün münasib rəqiblə qarşılaşacaq. Hər halda, "Zirə"nin ilk iki dövrədə Ağdam klubuna uduzması belə söyləməyə əsas verir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk dövrədə "Əlincə Arena"da qəbul etdiyi qəsəbə təmsilçisini Rahid Əmirquliyevin vurduğu 2 qolla üstələyib. Zirədəki qarşılaşmanın taleyini isə Dani Kintana ilə Elvin Yunuszadənin vurduğu qollar həll edib.
Düzdür, "Zirə" hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və mükafatçılar sırasına düşmək üçün mübarizə aparır. Lakin Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv lider "Qarabağ"dan 15 xal geri qalır.
Azərbaycan Premyer Liqası, XVII tur
8 fevral (çərşənbə)
15:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu
İlk 2 dövrədəki oyunlar: 3:0, 0:0
17:30. “Qarabağ” – “Zirə”
“Azərsun Arena”
İlk 2 dövrədəki oyunlar: 2:0, 2:0
|
31.08.2024 16:58
31.08.2024 15:47
Azərbaycanda Yeni Parlament Seçkiləri -Demokratik Gələcəyin Təməli
31.08.2024 14:20
31.08.2024 14:10
30.08.2024 14:50
30.08.2024 13:29
30.08.2024 11:51
29.08.2024 18:47
29.08.2024 13:03
“Qurban Qurbanovun 1835 manatlıq köynəyi “Qarabağ”a düşmədi...”
29.08.2024 11:22
28.08.2024 17:39
28.08.2024 15:51
28.08.2024 15:36
Bakıda avtobus sürücüsü əks yola çıxaraq qaydanı belə pozdu - VİDEO
28.08.2024 12:55
28.08.2024 11:45
28.08.2024 09:44
27.08.2024 21:18
27.08.2024 15:10
Biləsuvarın 5 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb
27.08.2024 14:42
27.08.2024 13:23
27.08.2024 12:47
27.08.2024 12:20
Sumqayıt sakinləri qorxu içində -Hər an xəsarət ala bilərik -Video
27.08.2024 12:04
27.08.2024 11:51
Milli azlıqlardan olan gənclər sosial şəbəkələrdə nəyə diqqət etməlidir?- Foto/Video
27.08.2024 11:13
27.08.2024 10:32