Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


27.07.2020  11:05 

Səhv göndərilən cavablar yoluxma sayına necə təsir edib?





A+  A-

Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta baş verdiyini açıqlayıb. Qeyd olunub ki, yanlış göndərilmiş test nəticələri ilə bağlı SMS-lər bu gündən başlayaraq yeniləri ilə əvəzlənəcək.
Bu zaman vətəndaşlarda sözügedən tarixlərdə açıqlanmış virusa yoluxanlarla bağlı statistikasının yanlış olması ilə bağlı fikir formalaşıb.

XəzərNews.az-ın məlumatına görə, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu xəta günlük statistikaya təsir etməyib: “Vətəndaşlara göndərilən SMS-lərdə baş verən xətanın günlük açıqlanan statistikaya və ya e-TƏBİB sistminə heç bir aidiyyatı yoxdur. Səhv ancaq göndərilən SMS-lərdə olub”.

Qurum rəsmisi onu da qeyd edib ki, günlük statistikanı Operativ Qəraragaha TƏBİB yox, Tibbi Qərargah göndərir:

“Burada da biz daxil olmaqla bir çox qurumun əməkdaşı yer alıb. Son nəticə isə Operativ Qərargah tərəfindən yayılır. TƏBİB tibb müəssisələrində xəstələrin müalicə işinin təşkili ilə məşğuldur. Bizim İT şöbəmiz yoxdur”.

Xəbər 1434 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +