“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


18.04.2020  18:36 

Orta ixtisas üzrə yeni təsnifata 141 ixtisas salınıb





A+  A-

Ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əmək bazarının tələblərinin dəyişməsi həmin tələblərə uyğun təhsilin məzmununu yeniləmək, o cümlədən orta ixtisas təhsili pilləsində yeni ixtisaslar üzrə kadr hazırlığını aparmaq və bu pillədə ixtisasları ali təhsilin bakalavriat səviyyəsindəki ixtisaslara uyğunlaşdırmaq zərurətini yaradıb.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, bu zərurət orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulunu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsini təmin etmək baxımından yaranıb.

Bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 140 nömrəli qərarı ilə 2010-cu ildən qüvvədə olan orta ixtisaslar təsnifatı ləğv edilərək müvafiq ixtisaslar üzrə yeni təsnifat təsdiq edilib. Yeni təsnifatda 141 ixtisas nəzərdə tutulub. Yeni təsnifat bu təhsil pilləsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına, xaricdə müvafiq təhsil pilləsində təhsil almış şəxslərin ixtisaslarının, eləcə də diplomlarının qarşılıqlı tanınmasına və tələbə mobilliyinin asanlaşdırılmasına müsbət təsir göstərəcək. Yeni təsnifat əsasında müasir təhsil proqramlarının hazırlanması və tam orta təhsil bazasından bütün ixtisaslar (tibb ixtisasları istisna olmaqla) üzrə təhsil müddətinin 2 ilə endirilməsi nəzərdə tutulub.

Humanitar və sosial, mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət ixtisasları əmək bazarının mövcud ehtiyaclarına uyğun müəyyənləşdirilib. Eyni zamanda qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq və pedaqoji ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsil ixtisasları qrupuna inklüziv təhsil ixtisası əlavə edilib, bəzi müəllimlik ixtisasları isə yeni təsnifatda yer almayıb və həmin ixtisaslar üzrə kadr hazırlığının yalnız ali təhsilin bakalavriat səviyyəsində aparılması nəzərdə tutulub.

Yeni təsnifatda yer almış ixtisaslar üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 2021-2022-ci tədris ilindən başlayaraq aparılacaq.

Xəbər 1123 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.10.2024  12:45 

Mən ölümdən qorxmuram -Nazənin

11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +