Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


12.03.2022  18:21 

Azərbaycan-İran sənədinin məzmununda gizlənənlər – TƏHLİL





A+  A-

Bakı ilə Tehran arasında imzalanan, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu postmünaqişə dövrünün növbəti iqtisadi-regional istiqamətidir.

Yeni layihəyənin qısa vizyonunu belə təqdim edə bilərik:

1. Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla dörd körpü salınacaq,

2. Burada rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur,

3. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək.

Nəzərə alaq ki, Azərbaycan torpaqları işğalda olan müddətdə də İrandan Naxçıvana Araz çayı sahilindən yol var idi. Ancaq işğal faktoru Azərbaycanın erməni tapdağında olan ərazilərindən istifadə amilini mümkünsüz edirdi.

Çalışaq məsələni, daha sadə sxemlərlə izah edək. İndi səslənən əsas suallardan biri də budur ki, yeni yol Zəngəzur dəhlizinin aktuallığını itirirmi?

Zəngəzur koridorunun aktuallığının aradan qalxması Ermənistan tərəfinin bundan sonrakı mövqeyindən asılı olacaq.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyevin açıqlamasından da görə bilirik. Hikmət Hacıyevdən sitat:

“Biz bir il yarımdan artıq müddətdir ki, Zəngəzur dəhlizi ilə bağlı məsələdə nələrin olacağı ilə bağlı Ermənistandan cavab gözləyirik. Ermənistan düşünməyinə davam etsin. Ancaq biz praktiki olaraq işimizi görməkdə də davam edirik”.

Yəni İranla imzalanan sənəddəki nəzərdə tutulan trafik Zəngəzur dəhlizi kontekstində şaxələndirilmədir. Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən Naxçıvana aparan əvvəlki yola çıxış əldə edilir.

Eyni zamanda Azərbaycan Ermənistan üzərində yeni təzyiq aləti yaradır. Azərbaycan-İran əməkdaşlığında yeni mərhələ açan sənədin Ermənistan üzərində qara bulud topası yaratmaq üçün siyasi düsturları da bizə göstərir.

Perspektivdə Ermənistanın manipulyasiya imkanları “sıfır dərəcədən” də aşağı düşür. Bir neçə versiyanı qeyd etmək zəruridir:

- Yeni yol Zəngəzur dəhlizinin aktuallığını itirmir,

- İtirdiyi təqdirdə, alternativ mövcud olur,

- Yeni magistral və dəmir yolu xətti alternativ kimi fəaliyyət göstərəcəyi halda,

Azərbaycanın “Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur” prinsipi işləyəcək,

- Bununla da Laçın koridoru dəhliz statusundan çıxacaq və ermənilərin Qarabağla əlaqəsi kəsiləcək.

Ancaq ortada bir məsələ də açıq qalır: İrandan keçəcək yol dəhliz statusu qazanacaqmı? Nəzərə alaq ki, sənəddə dəhliz anlayışına vurğu edilmir.

Böyük ehtimalla danışıqların növbəti mərhələlərində bu istiqamətdə təkliflər səsləndiriləcək.

Bəs Ermənistan Zəngəzur dəhlizinə Azərbaycanın şərtləri altında razılıq versə necə olacaq? Bu zaman İrandan keçəcək yeni yol Zəngəzur dəhlizinə qoşulacaq və şaxələndirilmə prosesi həyata keçiriləcək.

İstənilən halda, Azərbaycan praktiki şəkildə bir daha sübut etdi ki, Ermənistan yeni reallıqları qəbul etməsə, regional layihələrdən kənarda qalacaq.

Yeni yolun Ermənistan sərhədinin 5 kilometrliyindən keçəcəyi isə erməniləri regional layihələrə daha yaxın məsafədən həsrətli baxışları zilləyəcək.

Layihə Türkiyə ilə razılıq əsasında hazırlanıb, bununla da Azərbaycan-Türkiyə-İran arasında yeni formatda üçtərəfli iqtisadi bağ yaranacaq – İrandan Naxçıvana, Naxçıvandan Türkiyəyə keçməklə.

Yeni iqtisadi konfiqurasiyaya Rusiya da razılıq verirmiş kimi görünür. Çünki Moskva İrəvanın ikibaşlı siyasətindən təngə gəlib və mümkün olduğu qədər onu küncə qısnayan layihələrə dəstək verir.

Çünki Rusiyanın Ermənistanla bağlı başqa planları mövcuddur.

Bəs İranı nə vadar etdi ki, Ermənistanın yanından uzaqlaşıb Azərbaycana bel bağlayan addımlara getdi?

Bu, məhz təhlükəsizlik məsələsi ilə əlaqədardır. İran strateqləri anlayır ki, qaynayan qlobal nizam İslam ölkəsi üçün də təhdidlər yaradır.

Bu mənada Tehran İrəvanın yanından qaçaraq Bakının və Ankaranın yanında dayanmaq yolunu seçir.

Aqşin Kərimov

Xəbər 1513 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +