“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


26.09.2023  10:10 

Ermənilərin “köç karvanı”: Kimlər hara və niyə gedir?





A+  A-

Son bir həftə ərzində Qarabağ ətrafında baş verənlər sevindiricidir, tarixi ədalət bərpa olunur. Əslində bu prosesin təməli 2020-ci ilin sentyabrında - ikinci Qarabağ savaşının başlanması ilə qoyulmuşdu.

44 günlük müharibədən ötən müddətdə Azərbaycan prezidentinin apardığı siyasət özünü heç də çox gözlətmədi. Biz həm döyüş, həm də diplomatiya cəbhəsində sürətlə irəlilədik və qalib gəldik.

Ədalət naminə qeyd edək ki, 30 ildə həll edə bilmədiyimiz problemin son 3 ildə həllinə yenə də inanmırdıq. Düşünürdük ki, yəqin problemin tam həlli yenə də ən azı 30 il uzanacaq.

Haqsız da deyildik.

Qələbədən sonra üzərimizə gələn beynəlxalq təhdidlər və Ermənistan hakimiyyətinin noyabr bəyannaməsini icra etməməsi şübhələrimizi daha da artırırdı.

Amma yaxşı ki, yanılmışıq.

Sentyabrın (2023) ilk ongünlüyündən başlayaraq problem ətrafında yaranan “diplomatik trafik” bölgənin yeni hadisələrə şahidlik edəcəyindən xəbər verirdi. Baş verən hadisələr narahatedici olsa da hər şey Azərbaycanın xeyrinə başa çatdı və suverenliyimiz bərpa olundu.

Əlbəttə, bu asan başa gəlmədi, qəhrəman polislərimiz, igid əsgərlərimiz şəhid oldu.

İndi Xankəndi və Azərbaycana məxsus digər ətraf rayonlar sanki 90-cı illəri xatırladır. Artıq Ağdərə, Əskəran, Xocavənd, Xocalı və Xankəndidə erməni ailələrin oranı könüllü tərk etmələri müşahidə olunur. Yenə yollara köç karvanları düzülüb. 30 il əvvəl bizləri yurd yerindən qovan ermənilər indi yurdu sahiblərinə qaytarmaq məcburiyyətindədirlər.

Bu köç həm də 90-lardan fərqlidir.

Əgər o zamanlar onlar bizləri döyə-döyə, söyə-söyə, baş-açıq, ayaq-yalın qovmuşdurlarsa...

Biz onlar kimi etmirik.

Biz heç onlara “gedin buralardan” da demirik. “Kim istəyir Azərbaycan bayrağı altında daha yaxşı yaşaya bilər” kimi ölkənin birinci şəxsi səviyyəsində verilən mesajlara baxmayaraq gedirlər...

Kimlər və niyə gedir?

Onların bir hissəsi 30 il əvvəl azərbaycanlıların evlərini zəbt edən - Rusiyadan, Suriyadan və Ermənistanın ayrı-ayrı şəhərlərindən “kabab iyi”nə gələn ailələrdi. Getməyə məcburdurlar.

Başqa yollarımı var?

Yoxdur.

Ev sahibləri qapıda: bu gün, sabah qapı döyüləcək...

İkinci qism ailələr illərdir yoxsulluq və səfalət içində separatçı rejimin girovunda qalanlardır. Onların itirəcəyi bir şey yoxdur, əslində qazanacaqlar. Köçə diqqət etsəniz (fotolara, videolara) karvanda bu qəbildən olanlar üstünlük təşkil edir. Onlar gedəcəkləri yerlərdə humanitar yardımdan yeyib yatacaqlar.

Üçüncü qism Avropa ölkələrindən qaçqın kimi sığınacaq almaq istəyən daha oyanıq erməni ailələridir. Onlar yaranmış vəziyyətdən bəhrələnməyə çalıçacaq və sonuncu dayanacaqları Ermənistan deyil, hansısa Avropa ölkəsi olacaq.

Artıq dünyadakı erməni disaporu bu istiqamətdə gərgin fəaliyyətə başlayıb, yaşadıqları ölkələrin aidiyyatı qurumları ilə Qarabağ ermənilərini qəbul etmələri üçün danışıqlar aparırlar. Əlbəttə ki, bu sırada Fransa və bu ölkənin böyük şəhərlərində yaşayan ermənilər daha fəaldırlar.

Nəhayət, köçənlərin bir hissəsi də birinci Qarabağ savaşında azərbaycanlılara qarşı terror törədən, 30 il müddətində “qərəman libası”na bürünüb separatçı adminstrasiyada çalışan ermənilərdir. Onlar Azərbaycanın “qara siyahısı”ndadırlar. Yaxşı bilirlər ki, Xankəndində milli idarəçilik qurulan kimi haqq-hesab da bərpa olunacaq.

Qarabağdakı erməni köçünü bu şəkildə təsnifatlandırmağımız əbəs yerə deyildi.

Belə olan halda biz – yəni Azərbaycan cəmiyyəti, mediası, sosial şəbəkə istifadəçiləri nə etməlidir?

İlk növbədə ermənilərin qəsdən deportasiya effekti yaradan fotolar, videoları paylaşmamalı, sadəcə seyrçi mövqedə durmalı, bu köçün sürətlənməsini təşviq etmək kimi bir görüntü yaratmamalıyıq. Bu “könüllü köç”ə sevindiyimizi açıq mətnlərlə ifadə etməməyə, ironiya, qəzəblə münasibət bildirməməyə çalışmalıyıq.

Tam əksinə, birgəyaşayışı təbliğ etməli, Azərbaycan multikulturalizmini nümunə göstərməliyik.

Dərk etməliyik ki, 90-cı illər deyil...

Bu gün informasiya-kommunikasiya texnologiyaları, sosial şəbəkələr baş verənləri anında arxivləşdirilir və dünyanın istənilən nöqtəsində yayılmasını təmin edir. Bu informasiyalar həm gedən ermənilər üçün, həm də onların havadarları üçün əla fürsətdən başqa bir şey deyil.

Bir sözlə, gəlin onlara bu fürsəti verməyək, diqqətli olaq, onlara qarşı kinimizi açıq mətnlə ifadə etməyək, sabit etnomühit naminə birgəyaşayışa hazır olduğumuzu nümayiş etdirək.

Niyaz Niftiyev


Xəbər 3317 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib

18.10.2024  16:33 

Balakəndə yol qəzası olub

17.10.2024  13:00 

Türkiyədə güclü zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +