İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


05.04.2023  14:47 

Nərmin işi: İlkinin telefonuna kim müdaxilə edib?





A+  A-

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov saxlanıldıqdan sonra telefonunu tədqiq etmiş ekspertlərdən biri - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş eksperti Məmməd Ramazanov dindirilib.

Ekspert məhkəmədə ekspertiza ilə bağlı tərəfləri maraqlandıran sualları cavablandırıb.
İlkin Süleymanov əvvəlki ifadələrində deyib ki, 2020-ci ilin yanvarın 6-da yanmış cəsəd tapılan vaxt hadisə yerinə gələn polislər onu Tovuz Rayon Polis Şöbəsinə aparıb, telefonu əlindən alınıb. Sonradan ekspertiza rəyində göstərilib ki, həmin telefonda müxtəlif cizgi filmlərinə, müğənnilərin şəkil və videolarına baxılıb. Rəyə əsasən, yanvarın 8-də saat 11.50-də telefonda intim görüntülərə baxılıb. İlkin Süleymanov ifadəsində telefonunda iddia olunan cizgi filmlərini, intim xarakterli götüntüləri izləmədiyini deyib.

Ekspert Məmməd Ramazanov məhkəmədə vəkilin suallarını cavablandırarkən məlum olub ki, mobil telefon 2020-ci ilin yanvarın 6-da götürülsə də, götürülmə yanvarın 8-nə sənədləşdirilib. Telefonun tədqiqata fevralın 4-də - İlkin Süleymanov saxlanılandan 1 aya yaxın müddət sonra ekspertizaya verildiyi ortaya çıxıb.

Ekspert deyib ki, telefon istintaqda qaldığı bir ay ərzində müdaxilələr olub: “Yanvarın 8-də telefonun yaddaşında 9 foto yaradılıb. Yanvarın 21-də isə telefona whatsap, instagram proqramları yüklənib və silinib“.

Vəkil Zabil Qəhrəmanovun “Bu fotolar yaradılıb, yoxsa bərpa edilib” sualına ekspert “Bunu dəqiq demək mümkün deyil, yaradıla da bilər, bərpa edilə də” cavabını verib.

Hakim Faiq Mahmudov ekspertin konkret cavab verməsini istəyib: “Mənə konkret deyin, yanvarın 8-də telefona müdaxilə olub, ya yox?”

Ekspert hakimin sualına “olub” deyərək cavab verib.

Müdafiə tərəfi həmçinin “Nərmin Quliyeva noyabrın 29-da yoxa çıxdığı halda, nəyə görə İlkinin telefonunun tədqiqi dekabrın 21-dən sonrakı müddəti əhatə edib?” sualını ünvanlayıb.

İlkin Süleymanov isə “Niyə dekabrın 21-dən əvvəlki yaddaş tədqiq olunmayıb, Nərmin yoxa çıxandan dekabrın 21-nə kimi olan müddət niyə maraqlı olmayıb”, deyə ekspertə sual verib.

Prokuror da ekspertdən bunun səbəbini soruşub.

Ekspert isə suallara cavab olaraq “Deyiblər bu tarixdən başla, tədqiq et, nə deyiblərsə, onu etmişəm”, cavabını verib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb./APA

Xəbər 1203 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +