İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


08.06.2020  17:43 

2 milyonluq korrupsiya cinayəti ifşa edildi





A+  A-

Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) bir qrup vəzifəli şəxslərinin cinayət əməllərinə görə 6 may 2013-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, aparılmış istintaqla Ağdaş rayon ƏSMM-nin sabiq direktoru Vahid Seyfəlovun, mühasibat uçotu sektorunun sabiq müdiri Müşviq Baxışov, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon poçt filialının sabiq şöbə rəisləri Adil Həsənov və Əslan Lətifovla qabaqcadan əlbir olaraq, Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Müstəqim Məmmədov və rayon peşə məktəbinin sabiq baş mühasibi Yaşar Həsənov tərəfindən hazırlanmış yaşayış yeri və təhsil haqqında saxta arayışlar əsasında 1 yanvar 2006-cı il tarixdən 10 iyun 2007-ci il tarixədək olan müddətdə sosial müdafiə mərkəzinin səlahiyyət dairəsində yaşamayan, uydurulmuş, eləcə də yaşayan şəxslərin adından özlərinin məlumatı olmadan sosial müavinətin təyin edilməsi haqqında saxta müraciət ərizələri və qərarlar, ödəniş tapşırıqları və şəxsi hesab kartları hazırlamaqla müxtəlif növlərdə saxta sosial müavinət işləri açaraq həmin müavinət işləri üzrə pul vəsaitlərini mənimsəmələri faktları müyyən edilib.

Həmin vəzifəli şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin barəsində müvafiq ittiham hökmləri çıxarılıb.

Qeyd edilən cinayətlərin törədilməsi zamanı həmin vəzifəli şəxslərlə qabaqcadan əlbir olaraq birgə icraçı kimi çıxış etmiş digər vəzifəli şəxsin istintaq zamanı müəyyən edilməməsi səbəbindən həmin cinayət işinin materiallarından 23 may 2017-ci il tarixdə yeni cinayət işi ayrıca icraata ayrılmış və iş üzrə icraat 20 may 2020-ci il tarixdə təzələnib.

İstintaqla həmin mərkəzdə ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi işləmiş Mahuzər Musayevanın yuxarıda adları qeyd edilən şəxslərlə birgə, eyni cinayət əməllərini törətməsi nəticəsində 1 yanvar 2006-cı il tarixdən 10 iyun 2007-ci il tarixədək olan müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxtakarlığa yol verib cinayət yolu ilə əldə etdikləri 1 milyon 930 min manat məbləğində pul vəsaitini cinayətkar qrupun üzvləri arasında bölməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin əməllərə görə Mahuzər Musayeva Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1276 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +