İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


14.05.2024  14:09 

İcra başçılarının “YENİ KƏŞFİ”: Antikorrupsiya əməliyyatlarında yaxalanmamaq üçün… – FOTO





A+  A-

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli paytaxtın əksər rayon icra hakimiyyətləri basçılarının və müavinlərinin kabinetlərində giriş qapısının “knopka” ilə idarə olunduğunu bildirib. Bu barədə sosial media hesabında məlumat paylaşan QHT sədri deyib ki, başçı və müavin xüsusi düyməni içəridən basmasa qapı açılmır. O, son bir ay ərzində ziyarətində olduğu dörd rayonda bu halla qarşılaşdığını qeyd edib və bunun utancverici hadisə olduğunu vurğulayıb.

Maraqlıdır, bu addımın hansısa izahı varmı? Vətəndaşın üzünə daim açıq olmalı olan qapı niyə bağlı qalmalıdır? Məmurların belə davranışına səbəb nədir?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, bəzi məmurların bu cür davranışı vətəndaşlarla əlaqəli deyil.



Siyasətçinin sözlərinə görə, vətəndaşın mühafizəçinin diqqətindən yayınaraq birbaşa icra hakimiyyəti başçısının və ya müavinin qəbuluna düşməsi qeyri-mümkündür: “Düşünürəm ki, icra başçılarının, müavinlərinin bu cür davranışının vətəndaşla heç bir əlaqəsi yoxdur. Çünki, vətəndaş onsuz da özbaşına icra başçısının və ya müavininin otağına yaxın dura bilmir. Həm icra hakimiyyətinə girişdə, həm də dövlət qurumunun içində mühafizə var. İcra hakimiyyətlərində qəbula rahat şəkildə düşmək asan bir məsələ deyil. Hələ mən içəridən vətəndaşın üzünə qapı açılmasını demirəm. Yəni ki, burda vətəndaşlıq bir məsələnin olduğunu düşünmürəm. Qeyd etdiyim kimi, vətəndaş heç bir halda o qəbullara düşə bilməz. Qapı açıq olsa və ya olmasa belə”.



T.Abbaslı icra hakimiyyətlərindəki məmurların xüsusi düymə ilə idarə olunan qapılardan istifadə etmələrinin səbəbini açıqlayıb: “Bunların hamısı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin antikorrupsiya əməliyyatları ilə əlaqəlidir. Yəni, “tədbirli” davranan bəzi məmurlar hüquq-mühafizə orqanlarının qəfil keçirdiyi əməliyyatlar nəticəsində cinayət başında, əllərində, masalarında pullarla yaxalanmaq istəmirlər. Bunun üçün yəqin girişdə kamera qoyublar və içəridən açılan qapılar düzəltdiriblər ki, xüsusi xidmət orqanları və ya prokurorluq əməkdaşları gələndə xəbər tutsunlar, onlar içəriyə daxil olana qədər hər hansı bir sübut, dəlili aradan qaldıra, məhv edə bilsinlər. Bu, sırf onunla bağlıdır”.

Xəbər 4062 dəfə oxunub.




03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +