Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


19.09.2019  14:28 

Azərbaycanda “uşaqpulu” 3 yaşadək uşaqlara verilə bilər - Komitədən TƏKLİF





A+  A-

Milli Məclisin komitə iclaslarında vətəndaşların çoxdan gözlədiyi məsələlər yenidən müzakirəyə çıxarılacaq.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

H.Rəcəbli təmsil etdiyi Komitə tərəfindən 3 əsas məsələyə baxılmasının təklif edildiyini bildirib:

“Komitə təklif edir ki, 3 yaşadək uşaqlara müavinət verilməsi məsələsinə baxılsın.

İkincisi, hazırda 5-dən çox, yəni 6 uşağı olanlar çoxuşaqlı ailə hesab edilir. Amma biz təklif edirik ki, uşaqların sayı azaldılsın və 4-dən çox uşağı olanlar, yəni 5 uşaqlılar da bu kateqoriyaya daxil edilsin. Üçüncü prioritet məsələ doğuşa görə verilən birdəfəlik 200 manatın məbləğinin artırılaraq 300 manata çatdırılmasıdır”.

H.Rəcəbli deyib ki, bunların hər üçü sırf sosial müdafiəyə aid olan məqamlardır:

“Bu ideya bizim komitədə var. Bu mövzuda müzakirələr ötən il də getdi, nəticə olaraq bir çox müavinətlər artırıldı. Ümid edirik ki, növbəti müzakirələrdən sonra da təklif edilən ideyalar cənab Prezident tərəfindən müsbət qarşılanacaq”.

Xəbər 1176 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +