13.02.2017 16:13
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi, polkovnik-leytenant Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V.Ələkbərovun qardaşı Əlvan Ələkbərov ifadə verib.
Şahid Ə.Ələkbərov bildirib ki, Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsinin baş müstəntiqi, polis mayoru rütbəsində xidmət edir.
O deyib ki, 2010, ya da 2011-ci ilin yayında Vüsal ona zəng edərək Dəniz Vağzalının yanına çağırıb: “Onun dediyi kafeyə girdim, 2-3 nəfərlə oturub çay içirdi. Ləhcələrindən naxçıvanlı olduqlarını bildim. Həmin vaxt orada Hüseyn “Vinçester” silahı Vüsala verdi. Qardaşım əvvəlcə silahı götürmək istəmədi, amma çox üz vurandan sonra götürdü. Mənim maşınımın yanına gələndə Vüsala dedim bu nədi? Dedi “məcbur olub götürdüm, onlara yaxşılıq etmişəm, götürməsəm yekaxanalıq kimi çıxacaq. Yoxlayacam, ov üçün yararlı olsa istİfadə edərəm”. Sonra da gəlib silahı apardı, amma nə etdiyini bilmirəm”.
Zərərçəkən Hüseyn Səfərov isə mayorun bu sözlərinə etiraz edib və deyib ki, Vüsal Ələkbərov silahı hədə-qorxu yolu ilə alıb: “Həbs edildiyim vaxt evdə əməliyyat-axtarış tədbirlər keçirildi. Həmin zaman Vüsal evimdə silahı görüb və xoşu gəlib. Buna görə də sonra məndən silahı tələb etdi, mən də verdim”.
Bu zaman Əlvan Ələkbərov zərərçəkmişi yalan danışmaqda ittiham edib: “Qardaşım silahı götürməyəndə Hüseyn Səfərov naxçıvanlı ləhcəsi ilə dedi ki, “da bunu qəbul etməsən, bu boyda balaca şəhərdə üz-üzə gəlməyək”.
Hüseyn Səfərov qeyd edib ki, Vüsal Ələkbərov silahı ondan götürəndən sonra öz adına keçirib və həmin silahı tapmaq mümkün deyil: “Silah əvvəl mənim adıma olub. Daxili İşlər Nazirliyinə müraciət etmişəm, silahın sənədləri tapılmayıb”.
V.Ələkbərov bildirib ki, həmin silahı Hüseyn Səfərovdan hədə-qorxu yolu ilə almayıb: “Məni tanıyanlar bilir ki, ov həvəskarıyam. Hüseyn Səfərov da silahı gətirib dedi ki, mənə hədiyyə edir. Sonra silahı götürdüm və yoxladım, istifadəyə yararsız olduğu üçün dənizə atdım”.
Vüsal Ələkbərov qeyd edib ki, həmin silahı özündə saxlaması barədə heç bir məsuliyyət daşımır: “Bildiyiniz kimi mən hərbi qulluqçuyam, odlu silah saxlamaq hüququm var. Həmin silah da ov silahı olub, burada hər hansı bir cinayət məsuliyyəti yoxdur”.
Hakim isə deyib ki, qanunsuz silah saxlamaqla bağlı Vüsal Ələkbərova ittiham verilməyib.
(qafqazinfo.az)
|
03.10.2024 20:20
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
03.10.2024 20:03
03.10.2024 19:59
03.10.2024 17:10
03.10.2024 10:56
Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub -Fotolar
02.10.2024 21:17
02.10.2024 21:11
Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yeni baş həkim təyin olunub
02.10.2024 21:05
02.10.2024 21:02
02.10.2024 17:57
02.10.2024 17:44
02.10.2024 15:25
EKSPO Mərkəzində X Beynəlxalq Kitab Sərgisi keçirilir -Fotolar
02.10.2024 11:22
01.10.2024 19:39
01.10.2024 19:34
01.10.2024 18:22
01.10.2024 17:25
01.10.2024 17:22
01.10.2024 17:21
01.10.2024 09:10
30.09.2024 17:20
GDU-da məzunlardan diplom üçün pul alan sektor müdiri işdən çıxarılıb -YENİLƏNİB + FOTO, VİDEO
30.09.2024 15:56
“Əbülfəz Elçibəyi Türkiyədən qızışdırırdılar ki…” – Firudin Cəlilovla MÜSAHİBƏ + FOTOLAR
30.09.2024 15:32
Daha çox müştəri cəlb etmək və satış artırmaq üçün nə lazımdır? – Mütəxəssis AÇIQLADI
30.09.2024 13:37
30.09.2024 13:34
30.09.2024 13:26
30.09.2024 12:53
30.09.2024 11:04
Əvvəlki “Qarabağ”ı görə bilmirik: Bu oyunçular getməlidir – Ekspert
30.09.2024 10:22
29.09.2024 18:10
28.09.2024 23:48
28.09.2024 23:42
28.09.2024 23:39
28.09.2024 20:13